Icma.az
close
up
RU
Mercedesin yeni modelində sükan sistemi tam dəyişdi

Mercedesin yeni modelində sükan sistemi tam dəyişdi

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniya avtomobil istehsalçısı Mercedes-Benz özünün flaqman elektromobili olan EQS modelinin növbəti restaylinq versiyasını nümayiş etdirib. Şirkət bazarda gözlənilən marağı tam qarşılaya bilməyən bu modelin mövqelərini möhkəmləndirmək üçün qısa müddət ərzində ikinci dəfə yenilənməyə gedib.
Demokrat.az xəbər verir ki, yeni modeldə ən diqqətçəkən məqamlardan biri əlavə ödənişlə təklif olunan "steer-by-wire" sistemidir. Bu texnologiya sükan çarxı ilə təkərlər arasında mexaniki əlaqəni aradan qaldıraraq idarəetməni tamamilə elektrik sistemi üzərindən həyata keçirir. Belə olduqda avtomobildə alışılmış sükan əvəzinə xüsusi şturval quraşdırılır.
Texniki göstəricilər baxımından EQS ciddi təkamül keçirib. Avtomobil 800 voltluq elektrik arxitekturasına keçid edib. Dartı akkumulyatorunun qabaritləri dəyişməsə də, tutumu 118-dən 122 kVt/saata qədər artırılıb. Həmçinin avtomobildə "Airmatic" asqı sistemi tətbiq olunub. Bu sistem digər Mercedes-Benz modellərindən gələn məlumatlar əsasında yoldakı maneələri öncədən müəyyən edərək amortizatorların sərtliyini tənzimləyir. Analoji texnologiyadan bir qədər əvvəl yenilənmiş S-klas modelində də istifadə edilmişdi.
Xarici görünüşdəki dəyişikliklər yenilənmiş bamperlər, fərqli radiator barmaqlığı və daha səmərəli işıqlandırma sistemi ilə tamamlanır. Yeni optikanın əvvəlki versiya ilə müqayisədə 40 faiz daha effektiv olduğu bildirilir. Model sırasına müxtəlif güc göstəricilərinə malik EQS 400, EQS 450+, EQS 500 və EQS 580 modifikasiyaları daxildir. Gücü 585 at qüvvəsinə çatan yüksək versiyalar iki mühərrikli tam ötürücü sistemlə təchiz olunub.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Aprel 2026 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri