Icma.az
close
up
RU
Mərhələli plan: 5 ildən sonra ölkəni nə gözləyir?

Mərhələli plan: 5 ildən sonra ölkəni nə gözləyir?

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azad sahibkarlıq və liberal iqtisadiyyat müasir dövrdə iqtisadi inkişafın, həmçinin sosial rifahın əsas dayaqları sayılır. Bu iki anlayış bir-biri ilə sıx bağlıdır və bazar münasibətlərinin təbii şəkildə formalaşmasına, rəqabətin güclənməsinə, eləcə də innovasiyaların artmasına zəmin yaradır. Liberal iqtisadiyyat sistemi bazar qanunlarının sərbəst şəkildə işləməsinə əsaslanır. Burada dövlətin müdaxiləsi minimum səviyyədə saxlanılır və başlıca məqsəd iqtisadi azadlıqların qorunmasıdır.

Sahibkarlığın sərbəst fəaliyyəti isə təkcə fərdi biznes sahiblərinə deyil, bütövlükdə cəmiyyətin sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. Azad sahibkarlıq anlayışı hər bir vətəndaşa qanun çərçivəsində biznes qurmaq və iqtisadi fəaliyyətlə məşğul olmaq imkanı verir. Bu hüquq bir neçə əsas prinsip üzərində qurulur:

Sərbəst seçim imkanı – sahibkar fəaliyyət sahəsini, tərəfdaşlarını, əməkdaşlarını və bazar seqmentini müstəqil şəkildə müəyyən edir.

Mülkiyyətin toxunulmazlığı – sahibkarın qazancı, sərmayəsi və əmlakı qanunla qorunur.

Rəqabət mühiti – azad sahibkarlıq rəqabəti gücləndirir, nəticədə məhsul və xidmətlərin keyfiyyəti artır, qiymətlər isə daha optimal olur.

İnnovasiyaların təşviqi – rəqabətdə üstünlük qazanmaq üçün sahibkarlar yeni texnologiyalardan, kreativ yanaşmalardan və müasir idarəçilik metodlarından istifadə edirlər.

İqtisadi azadlıqların qorunmasını hədəfləyən liberal iqtisadiyyat, bazar qanunlarının sərbəst fəaliyyətinə imkan yaradan bir sistemdir. Bu modeldə dövlətin iqtisadi proseslərdəki rolu minimuma endirilir.

Son illərdə Azərbaycan iqtisadi inkişaf strategiyasında azad sahibkarlığın dəstəklənməsi və liberal iqtisadiyyatın təşviqi əsas prioritetlərdən birinə çevrilib. Rəsmi məlumatlara görə, bu islahatların məqsədi sərbəst bazar mühitini formalaşdırmaq, dövlətin biznesə birbaşa müdaxiləsini azaltmaq və sahibkarların hüquqlarını qorumaqdır.

Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi ilə bağlı hansı işlər görülür? Bu istiqamətdəki inkişaf ölkə iqtisadiyyatı üçün necə qiymətləndirilir?

Həmçinin oxuyun:

Rayonlar boşalır – Əhalini Bakıya gətirən səbəb nədir?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, ölkəmizdə azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi dövlətin əsas prioritetlərindən biri hesab olunur:

“Qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən layihələr, dövlət dəstəyi, qanunvericilik və institusional islahatlar bu siyasətin əsas göstəriciləridir. Bu çərçivədə “ASAN xidmət” mərkəzlərinin yaradılması, vergi güzəştləri, prosedurların sadələşdirilməsi, turizm başda olmaqla bir sıra sahələrdə lisenziyaların ləğvi, azad iqtisadi zonaların təşkili, gömrük və vergi sahəsində edilən güzəştlər mühüm addımlar kimi qiymətləndirilir. Eyni zamanda, beynəlxalq müqavilələrin imzalanması və viza rejiminin sadələşdirilməsi də iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi Azərbaycanda iqtisadi dayanıqlığın güclənməsinə, xarici sərmayələrin cəlb olunmasına və sosial rifahın yüksəlməsinə xidmət edəcək. Bu, yalnız iqtisadi inkişaf deyil, eyni zamanda cəmiyyətin ümumi tərəqqisini təmin edən əsas amillərdən biridir. Azərbaycan hökuməti liberal iqtisadiyyatın prinsiplərini mərhələli şəkildə tətbiq edir”.

Günay Hüseynova

İqtisadçı qeyd edib ki, azad sahibkarlığın inkişafını dəstəkləyən digər mühüm tədbirlər sırasında elektron ticarətin inkişafı, “fintech” sistemlərinin tətbiqi, rəqəmsal iqtisadiyyata keçid, innovativ layihələrin təşviqi, habelə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaradılması xüsusi qeyd olunmalıdır:

“Bununla yanaşı, sahədə mövcud problemlər də qalmaqdadır. Monopoliya meylləri, sahibkarlar üçün yaradılan bəzi məhdudiyyətlər, elektron sistemlərin tam formalaşmaması səbəbindən bürokratik çətinliklər, eləcə də yüksək kredit faizləri əsas problemlər kimi göstərilir. Lakin görülən tədbirlər bu istiqamətdə vəziyyətin tədricən yaxşılaşacağına ümid yaradır. İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycanda hazırda 1 milyondan çox sahibkarlıq subyekti fəaliyyət göstərir və onların təxminən 99 faizi KOB seqmentinə daxildir. Rəsmi statistika göstərir ki, KOB-ların məşğulluqda payı ölkə üzrə artmaqda davam edir, lakin Ümumi daxili məhsulda (ÜDM) onların payı hələ də təxminən 30 faiz təşkil edir. Bu göstəricinin 2030-cu ilə qədər 50 faizə çatdırılması məqsəd qoyulub”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri