Icma.az
close
up
RU
Təhlükəsiz Türkiyə üçün 5 mərhələli plan Detallar açıqlandı

Təhlükəsiz Türkiyə üçün 5 mərhələli plan Detallar açıqlandı

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

PKK terror təşkilatının özünü buraxması və silahı yerə qoyması ilə bağlı proses 5 mərhələ üzrə planlaşdırılıb və hazırda üçüncü mərhələ davam edir.

“AzPolitika” Türkiyə mətbuatına istinadla xəbər verir ki, təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, silahların İraq, İran, Suriya və Türkiyə ərazisində təhvil verilməsi nəzərdə tutulur. Həmçinin, təşkilatın 30-50 nəfərlik sözdə rəhbər heyətinin İraqın Süleymaniyyə şəhərində qalacağı bildirilir.

Təhlükəsizlik mənbələrinin məlumatına əsasən, 5 mərhələli plan aşağıdakı şəkildə həyata keçirilir:

- Birinci mərhələ – Prezident Rəcəb Tayyib Ərdoğanın Bitlisdə verdiyi “daxili cəbhəni gücləndirək” çağırışı ilə başlayıb, MHP lideri Dövlət Baxçalının dəstəyi ilə başa çatıb;

- İkinci mərhələ – İmralıdan (Abdullah Öcalanın saxlandığı həbsxana-red.) edilən çağırış, DEM Partiyasının səfərləri və PKK-nın özünü buraxma qərarı ilə davam edib;

- Üçüncü mərhələ – Hal-hazırda davam edən silah buraxma mərhələsidir;

- Dördüncü mərhələ – Demokratikləşmə və hüquqi tənzimləmə mərhələsi olacaq. Bu mərhələdə Türkiyə Böyük Millət Məclisinin və siyasi partiyaların fəal rolu nəzərdə tutulur;

- Beşinci mərhələ – “Sosioloji və psixoloji inteqrasiya mərhələsi” adlanır və bu mərhələnin uzun və həssas proses olacağı vurğulanır.

Silahların Təhvil Verilməsi

Əldə olunan məlumata görə, PKK-nın silah buraxması üçün İraq, İran, Suriya və Türkiyə ərazilərində coğrafi və logistik şərtlərə uyğun fərqli mexanizmlər qurulacaq. Təxminən 8-10 min nəfər terrorçunun bu 4 ölkədə olduğu bildirilir.

İraqda - Hökumətlə aparılan danışıqlar çərçivəsində Kandil, Metina və Zap bölgələrinin boşaldılması və silahların təhvil verilməsi planlaşdırılır.

Suriyada- Şam rejimi ilə YPG arasında imzalanan 8 maddəlik razılaşmanın həyata keçirilməsi gözlənilir. Terrorçuların silahlarını buraxaraq Suriya ordusuna qoşulmaları planlaşdırılır. Mənbələr qeyd edir ki, silahlı struktur olaraq qalmaq və muxtariyyət tələbləri qəbul edilməyəcək.

İranda və Türkiyədə - İranın bu prosesi dəstəkləməsi vacib hesab olunur. Türkiyə ərazisində isə təxminən 50-100 PKK-lının olduğu bildirilir. Bu şəxslərlə bağlı Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik orqanları koordinasiyalı fəaliyyət göstərəcək.

PKK-nın sözdə rəhbər heyətinin taleyi

Təşkilatın 30-50 nəfərdən ibarət yüksək səviyyəli sözdə rəhbər heyəti İraqda, xüsusilə Süleymaniyyədə qala bilər və ya Avropaya keçə bilər. Lakin əsas gözlənti onların Süleymaniyyədə qalacağı istiqamətindədir.

Silah buraxma 4 ayda başa çatacaq

Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, dəqiq tarix göstərilməsə də, bu mərhələnin təxminən 4 ayda tamamlanması nəzərdə tutulur. Prosesin sahədəki icrasını Milli İstihbarat Təşkilatı (MİT) təsdiqləyəcək və Prezidentə hesabat təqdim olunacaq.

Proses “hər müsbət addım yeni mərhələnin yolunu açacaq” prinsipi ilə davam etdirilir. Üçüncü mərhələnin uğurla keçməsi halında eyni anda yeni hüquqi addımlar atıla bilər. Bunlara hazırda müzakirədə olan cəza qanunvericiliyində dəyişikliklər, yaşlı və xəstə məhkumların azad olunması, kayyum qərarlarının istisna hal kimi saxlanılması, Öcalanın vəkilləri və ailəsinin İmralıya səfərinə icazə verilməsi daxildir.


Dördüncü və beşinci mərhələlər

Dördüncü mərhələdə hüquqi və demokratik tənzimləmələrə başlanılacaq və bu mərhələdə parlament əsas rol oynayacaq. Siyasi partiyaların bir araya gəlməsi planlaşdırılır.

Beşinci mərhələ isə cəmiyyətin sosioloji və psixoloji baxımdan bu prosesə inteqrasiyasını nəzərdə tutur. Mənbələr bu mərhələnin çətin, uzun və təxribatlara açıq olacağını qeyd edir və yüksək həssaslıqla izləniləcəyini vurğulayırlar.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri