Icma.az
close
up
RU
Mərkəzi Asiya dövlətləri də Rusiyaya qarşı BİRLƏŞİR

Mərkəzi Asiya dövlətləri də Rusiyaya qarşı BİRLƏŞİR

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mərkəzi Asiya regionu getdikcə beynəlxalq aləmdə söz sahibinə çevrilir. Region ölkələri arasında inteqrasiya sürətlənir, üçüncü tərəfin iştirakı olmadan müstəqil qərarlar qəbul edilir. Vaxtilə imperiyalar arasında bufer zona olan Mərkəzi Asiya ölkələri onilliklərdir davam edən problemləri öz aralarında həll edir, Rusiya asılılığından qurtulmaq istiqamətində addımlar atırlar. Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq da yüksələn xətlə inkişaf edir, ən yüksək səviyyədə qarşılıqlı səfərlərin sayı artır.

Redaktor.az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Quterreşin Qazaxıstan səfəri

Bu günlərdə BMT-nin Baş katibi Antonio Quterreşin Qazaxıstana səfəri də bölgə üçün önəmli hadisələrdəndir. Prezident Kasım-Jomart Tokayev ilə Qazaxıstanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) Mərkəzi Asiya və Əfqanıstan üzrə regional mərkəzinin yaradılmasına dair saziş imzalanıb. Bu tədbir həm Qazaxıstan, həm də BMT üçün böyük əhəmiyyət kəsb edir və qlobal xəritədə mühüm aktor kimi formalaşmaqda olan Mərkəzi Asiyanın əhəmiyyəti haqqında bütün beynəlxalq ictimaiyyətə verilən güclü siqnal rolunu oynayır. İmzalanmış sənəd Qazaxıstanla BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlıqda mühüm mərhələnin təməlini qoyur.

Qarşılıqlı səfərlər intensivləşib

Bölgə dövlətləri arasında qarşılıqlı səfərlər də intensivləşib. Məsələn, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 6-da Türkmənistana səfər edib. Tokayev BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransına qatılıb. Bundan əlavə, Bişkek regionda kəskinləşən su qıtlığı fonunda Özbəkistan və Qazaxıstan liderlərini qəbul etməyə hazırlaşır. Sentyabr region üçün əsas ay olmağı vəd edir. Belə ki, Daşkənddə Mərkəzi Asiya ölkələri başçılarının görüşü keçiriləcək. Gözlənilir ki, su məsələsi iclasın əsas mövzusu olacaq - Aral dənizinin quruması və Xəzər dənizinin dayazlaşması mövzuları da müzakirəyə çıxarılacaq. Liderlər Tacikistan və Türkmənistanın hələlik ehtiyatla yanaşdığı vahid Mərkəzi Asiya İttifaqının formalaşdırılması perspektivini də müzakirə edəcəklər.

Strateji əməkdaşlığa doğru

Ötən həftənin sonlarında Qazaxıstan və Özbəkistanın xarici işlər nazirliklərinin rəhbərləri Murat Nurtleu və Baxtier Saidov Qırğızıstan Prezidenti Sadır Japarovla danışıqlarda ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, Kambar-Ata SES-1 və Çin-Özbəkistan-Qırğızıstan dəmir yolunun tikintisi kimi böyükmiqyaslı dövlətlərarası layihələrin həyata keçirilməsini müzakirə ediblər. Müzakirələrdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bişkekə gözlənilən səfərlərinin hazırlanmasına xüsusi əhəmiyyət verilib. Prezident Tokayevin Bişkekə səfəri ikitərəfli əməkdaşlığın əsas mexanizmi olan Ali Dövlətlərarası Şuranın yeddinci iclası ilə əlamətdar olacaq. İyulun sonunda Tokayev Qırğızıstanla müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi haqqında müqaviləni ratifikasiya edib.

Qazaxıstan artıq 2022-ci ilin dekabrında Özbəkistanla oxşar müttəfiqlik münasibətləri qurub və regional inteqrasiyaya can atdığını nümayiş etdirib. Tokayevin sözlərinə görə, "region ölkələri konstruktiv ikitərəfli və çoxtərəfli dialoq qurublar" və münasibətlərini "dərinləşdirilmiş strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə" çıxarıblar.

Ekspertlər istisna etmirlər ki, Özbəkistan və Qırğızıstan arasında oxşar müttəfiqlik münasibətləri haqqında müqavilə artıq Şavkat Mirziyoyevin Bişkekə səfəri zamanı imzalana bilər. Sərhəd məsələlərinin tənzimlənməsindən sonra Özbəkistanla münasibətlərin müttəfiqlik səviyyəsinə qaldırılması ilə bağlı Prezident Japarovun təklifi var. 2024-cü ildə Daşkənd və Düşənbə artıq oxşar münasibətlər formatı qurublar.

Müttəfiqlik münasibətlərinin fəal şəkildə qurulması və birgə strateji layihələrin müzakirəsi ölkələrin əməkdaşlığı gücləndirmək, bəlkə də vahid iqtisadi-siyasi blok formalaşdırmaq istəyindən xəbər verir ki, bu da bütün region üçün yeni perspektivlər açır. Rusiya ekspertləri dərhal məsələyə öz prizmalarından yanaşmağa tələsiblər. İddia etməyə başlayıblar ki, regionda liderlik uğrunda mürəkkəb oyun başlaya bilər.

Tacikistan və Türkmənistanın mövqeyi

Regional əməkdaşlıq məsələləri digər ölkələrə də aiddir. Məsələn, regionun ən kasıb dövləti olan Tacikistan da bu sırada olmağa çalışır. Bu ölkə daha az müzakirə olunan, lakin son dərəcə vacib istiqamət üzrə - nadir torpaq elementləri resursları üzrə qlobal marağın mərkəzindədir. Ölkə strateji metal yataqları ilə zəngindir: niobium, tantal, litium, berillium, sezium, serium qrupu metalları. Tacikistan Prezidentinin Qırğızıstana elan edilməmiş son səfərinə gəldikdə, istisna deyil ki, Prezident Japarovla danışıqlarda Mərkəzi Asiya İttifaqının yaradılması perspektivi də müzakirə olunub. Bu, Tacikistanın, eləcə də Türkmənistanın xeyli skeptik yanaşdığı bir layihədir.

Türkmənistana gəlincə, Aşqabad öz ölkəsinin neytral mövqeyini əsas tutaraq, hələlik regional proseslərdə fəal iştirakdan çəkinir. Lakin bölgə ekspertlərinin fikrincə, əgər Aşqabad yanaşmasını yenidən nəzərdən keçirsə, bu, vahid Mərkəzi Asiya İttifaqının yaradılması istiqamətində təkan olacaq.

Beləliklə, Mərkəzi Asiya tarixi inkişafının kritik mərhələsinə qədəm qoyur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Avqust 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri