Icma.az
close
up
RU
Qərbi Azəri 20 yaşını qeyd edir

Qərbi Azəri 20 yaşını qeyd edir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi məmnuniyyətlə bildirir ki, sabah Qərbi Azəri platformasından ilk neft hasilatının 20 ili tamam olur. Bu, nəhəng AÇG yatağının işlənməsində əlamətdar hadisədir. 

Qərbi Azəridən ilk hasilat 30 dekabr 2005-ci il tarixində əldə olunmuş və bununla da AÇG-nin tammiqyaslı işlənməsinin ikinci fazası başlanmışdı. İlk neft əvvəlcədən qazılmış üç öncə qazma quyusunun birincisindən hasil olunaraq sualtı boru kəməri vasitəsilə 4 yanvar 2006-cı il tarixində Sangaçal terminalına çatmışdı.

O vaxtdan Qərbi Azəri AÇG-nin hasilat salnaməsinin aparıcılarından biridir. İndiyədək platformadan 1 milyard bareldən (142 milyon ton) çox neft hasil edilib və bu göstərici ilə Qərbi Azəri AÇG platformaları arasında Mərkəzi Azəridən sonra ikinci yerdədir. Bununla da Qərbi Azəri 1997-ci ilin noyabrında hasilata başlamış AÇG yatağından 4,5 milyard barel ümumi neft hasilatına əhəmiyyətli töhfə verib.

Qərbi Azəri hazırda da təhlükəsiz və etibarlı şəkildə öz fəaliyyətini davam etdirir. 2025-ci ilin üçüncü rübünün sonuna platformadan gündəlik orta hasilat 76 min barel təşkil edib.

Qərbi Azəri obyektlərinə 48 quyu gövdəsi olan bir hasilat, qazma və yaşayış platforması və qurudakı Səngəçal terminalına birləşdirilmiş 30 düymlük sualtı boru kəməri daxildir.

Hazırda Qərbi Azəridə təxminən 170 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki meneceri Azərbaycanlı mütəxəssislərdir.

İndiyədək platformadan ümumilikdə 40 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 32 quyudan 24-ü hasilat quyusu, 8-i isə suvurma quyusudur. 

Qərbi Azəri platformasının meneceri Emin İbrahimov: “Qərbi Azəri ailəsi olaraq, AÇG-nin ən yüksək göstəricilərə malik qurğularından birini idarə etməkdən qürur duyuruq. Geriyə nəzər salsaq, xatırlayarıq ki, 2005-ci ildə işə salınmış birinci quyularımızdan olan C-06 quyusu ilk dövrlərdə gündəlik 35 000 barel neft verib və dünyanın ən məhsuldar quyularından biri olub. İndiyədək bu quyudan ümumilikdə 80 milyon barel neft əldə olunub və bu, istənilən neft quyusu üçün müstəsna bir nailiyyətdir. Bu tarixi ildönümü münasibətilə bütün Qərbi Azəri komandasını ürəkdən təbrik edirəm və bir daha vurğulamaq istəyirəm ki, Qərbi Azəri dünya səviyyəli platforma olaraq hələ gələcək onilliklər ərzində də AÇG-nin uğur hekayəsinə, eləcə də Azərbaycanın neft sənayesinə mühüm töhfələr verməkdə davam edəcək.”

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri