Icma.az
close
up
RU
“Mərkəzi Azəri” platformasında yeni layihə

“Mərkəzi Azəri” platformasında yeni layihə

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

bp “Mərkəzi Azəri” platformasında həyata keçirdiyi qaz genişləndirilməsi layihəsini uğurla tamamlayıb. Layihə nəticəsində platformada qazın yenidən laylara vurulma gücü 20 faiz artırılıb ki, bu da mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək edəcək.

Qeyd edək ki, layihə üzrə dənizdə işlərin icrasına 2026-cı ilin yanvar ayında başlanılıb, sentyabrda təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq tamamlanmış layihə çərçivəsində platformadakı mövcud 4 qazvurma kompressorunun daxili rotasiya blokları və köməkçi hissələri dəyişdirilərək əsaslı şəkildə modernləşdirilib. Bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan yerinə yetirilib.

Layihə çərçivəsində qazın yenidən laylara vurulması gücünün artırılması və əməliyyat çevikliyinin gücləndirilməsini dəstəkləmək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar da həyata keçirilib. Bu işlər avqustda “Mərkəzi Azəri” platformasında aparılmış profilaktik işlər proqramı zamanı yerinə yetirilib. Daha sonra isə layihə üzrə bütün işlər tamamlanıb.

“Mərkəzi Azəri qaz genişləndirilməsi” layihəsi layların idarə olunmasının gücləndirilməsini dəstəkləməklə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neftvermənin maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi səylərinə töhfə verir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2026 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri