Mərkəzi Bank 10 poçt filialının bank lisenziyasını ləğv edib
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 10 filialının bank fəaliyyəti üçün lisenziyasını ləğv edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, lisenziyası ləğv edilən poçt filialları Abşeron, Qəbələ, Qobustan, Balakən, Oğuz, Qax, Naftalan, Daşkəsən, Göygöl və Samuxda yerləşirlər.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Bununla da bank lisenziya almış poçt filiallarının sayı 28-ə enib.
Qeyd edək ki, AMB sonuncu dəfə işğaldan azad edilmiş ərazilərdə yerləşən “Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya vermişdi.

Mərkəzi Bank 10 poçt filialının bank lisenziyasını ləğv edib
10 Dekabr 2024 17:01

