Mərkəzi Bank 10 poçt filialının bank lisenziyasını ləğv edib
Anews saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt” MMC-nin 10 filialının bank fəaliyyəti üçün lisenziyasını ləğv edib. Bu barədə AMB məlumat yayıb.
Məlumata görə, lisenziyası ləğv edilən poçt filialları Abşeron, Qəbələ, Qobustan, Balakən, Oğuz, Qax, Naftalan, Daşkəsən, Göygöl və Samuxda yerləşirlər.
Bununla da bank lisenziya almış poçt filiallarının sayı 28-ə enib.
AMB sonuncu dəfə işğaldan azad edilmiş ərazilərdə yerləşən "Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya vermişdi.
www.anews.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Məlumata görə, lisenziyası ləğv edilən poçt filialları Abşeron, Qəbələ, Qobustan, Balakən, Oğuz, Qax, Naftalan, Daşkəsən, Göygöl və Samuxda yerləşirlər.
Bununla da bank lisenziya almış poçt filiallarının sayı 28-ə enib.
AMB sonuncu dəfə işğaldan azad edilmiş ərazilərdə yerləşən "Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya vermişdi.
www.anews.az

Mərkəzi Bank 10 poçt filialının bank lisenziyasını ləğv edib
10 Dekabr 2024 17:01

