Mərkəzi Bank “Azərpoçt”un Xankəndi filialına bank fəaliyyəti lisenziyası verdi
Mərkəzi Bank (AMB) “Azərpoçt” MMC-nin Xankəndi filialına bu ilin noyabrın 18-də bank fəaliyyəti lisenziyası verib.
AMB-dən verilən məlumata görə, bununla da bank lisenziyası almış poçt filiallarının sayı 37-dən 38-ə çatıb.
Qeyd edək ki, sözügedən filial Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında yerləşir.
![see](https://icma.az/template/assets/see.png)