Mərkəzi Bank BOKT lərdə kənar auditə dair yeni tələbləri təsdiqləyib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Mərkəzi Bankı (AMB) BOKT-lərdə kənar auditə dair yeni tələbləri təsdiqləyib.
"APA-Economics" xəbər verir ki, Mərkəzi Bank “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində bank olmayan kredit təşkilatlarında (BOKT) kənar auditin təşkili ilə bağlı yeni minimum tələbləri təsdiqləyib və sənəd 22 noyabr 2025-ci ildən qüvvəyə minib.
Yeni tələblər kənar auditorun seçilməsi meyarlarını, auditorun fəaliyyətinə dair minimal standartları və Audit Komitəsinin vəzifələrini müəyyən edir. Sənəddə eyni auditorun ardıcıl 5 ildən çox bir BOKT-də audit aparmaması, audit prosesinə cəlb olunacaq əməkdaşların son 3 ildə həmin təşkilatda çalışmaması kimi müddəalar yer alıb. Bundan başqa, BOKT-lərin hər il dekabrın 15-dək audit yoxlamasını aparacaq kənar auditor barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməsi öhdəliyi müəyyən edilib.
Mərkəzi Bank bildirir ki, yeni tələblər BOKT sektorunda şəffaflığın artırılmasına və dayanıqlı inkişafın dəstəklənməsinə xidmət edəcək. Qurum sektorda institusional quruculuğun, korporativ idarəetmənin və beynəlxalq praktikaya uyğun audit mexanizmlərinin gücləndirilməsi istiqamətində işləri davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 26 Noyabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















