Mərkəzi Bank BOKT nin vəzifəli şəxsini cərimələdi MƏBLƏĞ
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Azərbaycan Mərkəzi Bankı "Prior Credit BOKT" ASC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.
Milli.Az xəbər verir ki, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən "Prior Credit BOKT" ASC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2 000 (iki min) manat məbləğində cərimə edilib.
Xatırladaq ki, "Prior Credit BOKT" ASC 2020-ci ildə yaradılıb, 2 100 000 manat nizamnamə kapitalı var. Onun səhmlərinin 100%-i "Prior Leasing Şirkəti"nə məxsusdur.
Milli.Az
Baxış sayı:41
Bu xəbər 30 Oktyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















