Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Icma.az, Operativmedia portalına istinadən məlumatı açıqlayır.
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub.
Bu barədə "Operativ Media"ya AMB-dən bildirilib. Qeyd edilib ki, Mərkəzi Bankının sədri Taleh Kazımovun iştirakı ilə Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının On Birinci Zirvə Görüşü çərçivəsində növbəti mühüm təşəbbüs Türk Dövlətləri Təşkilatına üzv ölkələrin “Türk Yaşıl Maliyyə Şurası”nın yaradılması barədə Memorandumun imzalanması olub.
Azərbaycan Mərkəzi Bankı, Astana Maliyyə Mərkəzi, Qırğız Qiymətli Kağızlar Birjası və Türkiyə Qiymətli Kağızlar Təşkilatı arasında imzalanmış Memoranduma əsasən Şuranın əsas məqsədi üzv təşkilatlara yaşıl və dayanıqlı maliyyənin, ekoloji, sosial və idarəetmə faktorlarının nəzərə alındığı investisiyaların təşviqi istiqamətində məsləhət və konsultasiya xidmətlərinin göstərilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Noyabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















