Icma.az
close
up
RU
Türk dövlətlərinin “yaşıl maliyyə” hədəfləri

Türk dövlətlərinin “yaşıl maliyyə” hədəfləri

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

“Türk Dünyasına Yaşıl Baxış” kommünikesi vahid maliyyə siyasətinin həyata keçirilməsini nəzərdə tutur   

Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətlərinin Yaşıl Maliyyə Şurasının Birinci Toplantısında “Türk Dünyasına Yaşıl Baxış”adlı kommünike imzalanıb. Sənəddə “yaşıl” maliyyə alətlərinin inkişafı, dayanıqlı maliyyə strategiyaları və taksonomiyalarının işlənib hazırlanması, həmçinin əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və biliklərin ötürülməsinin asanlaşdırılmasının vacibliyi vurğulanır. Üzv dövlətlər “yaşıl maliyyə” sahəsində regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirmək niyyətlərini ifadə edib.

Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadənin iştirak etdiyi toplantıda Türk dövlətlərinin rəqəmsal mərkəzə çevriləcək “yaşıl maliyyə” platformasının qısa zamanda fəaliyyətə başlaması üçün təşəbbüslər yekdilliklə dəstəklənib.

Xatırladaq ki, Türkdilli Ölkələrin Yaşıl Maliyyə Şurası 2024-cü il noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının  (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü çərçivəsində imzalanmış Anlaşma Memorandumu əsasında təsis olunub. Şuranın yaradılmasında əsas başlıca hədəf TDT ölkələrinin mərkəzi bankları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul-kredit siyasətinin tənzimlənməsi, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə həyata keçirilən siyasətlərin vahid platformada əlaqəndirilməsi, təcrübə mübadiləsi məqsədilə birgə məsləhətləşmələr və tədqiqatların aparılmasıdır.  Şura üzv təşkilatlar arasında ekoloji, sosial və idarəetmə (ESG) sahələrində investisiyaları təşviq etmək, “yaşıl” və davamlı maliyyənin inkişafı üçün dəstəkləyici praktiki addımlar atmaq və digər rəqəmsal proqramlarda birgə iştirak üçün əlaqələndirici rol oynamaq öhdəliyini üzərinə götürüb.

Rəqəmsal bank platforması - Fintex Alyansı...

TDT-nin bank sahəsində əməkdaşlığının yeni istiqamətlərindən biri kimi Fintex Alyansında bir araya gəlmələri də mühüm əhəmiyyət kəsb edir. Alyans maliyyə texnologiyalarının inkişafı, qanunvericilik və tənzimləmə, maliyyə inklüzivliyinin artırılması, startap ekosisteminin dəstəklənməsi, beynəlxalq ödənişlərin və köçürmələrin asanlaşdırılması, kibertəhlükəsizlik və bir sıra digər sahələrdə daha sıx əməkdaşlıq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu, TDT-nin Mərkəzi Banklar Şurasının təşəbbüsləri və planlarının bir hissəsi sayıla bilər.

Türk dövlətləri fintex ailəsində birləşməklə “yaşıl maliyyə” texnologiyaları sahəsində vahid rəqəmsal ödəniş infrastrukturu da yaratmaqda qərarlıdır. Həmin infrastrukturların qurulması sayəsində türkdilli ölkələrin müasir elektron bank məhsulları və arxitekturasının imkanları əlaqələndirilə, o cümlədən rəqəmsal valyutaların tətbiqi imkanları, ani ödəniş sistemlərindən istifadənin artırılması, açıq bankçılıq modelinin tətbiqi, habelə yaşıl bank xidmətərindən birgə istifadə, mərkəzi banklar arasında kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinin genişləndirilməsi mümkün olacaq.

Türk İnvestisiya Fondu sərmayələri təşviq edir

TDT-nin maliyyə-bank strategiyasının əsas şaxələrindən biri də üzv ölkələr arasında qarşılıqlı maliyyə və investisiyaların hərəkətini stimullaşdırmaq, birgə sərmayə yatırımlarını təşviq etməkdir. Bu baxımdan həmin iqtisadi baxışı özündə əks etdirən və vahid maliyyə platformasına çevrilən Türk İnvestisiya Fondu (TİF) 2024-cü il noyabrın 1-dən fəaliyyətə başlayıb. 500 milyon dollar portfeli olan fond ilk layihələrin icrasına start verib və  yeni sahələrdə sərmayə qoyuluşları planlarını nəzərdən keçirir. İnvestisiya fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.

Fondun investisiya fəaliyyəti beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlığı təmin etmək, nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək, mikro, kiçik və orta müəssisələrin layihələrini maliyyələşdirmək, rəqəmsal iqtisadiyyatı təşviq etmək və digər prioritetlərə fokuslanıb.  Strateji yol xəritəsinə əsasən, TDT üzvləri ilə yanaşı, üçüncü dövlətlərin də TİF-nun layihələrində iştirakı nəzərdə tutulur ki, burada türk dövlətləri ailəsinin strateji proqramlarında yer alan ölkələrin, o cümlədən Macarıstan, Rumıniya, Gürcüstanın bu maliyyə zəncirinə qoşulması deməkdir.

Bu məqsədlərə çatmaq üçün fondun maliyyə portfelinin növbəti mərhələdə daha da artırlaraq 1 milyard dolları ötəcəyi istisna olunmur. Türk İnvestisiya Fondunun maliyyələşdirmə strukturunun formalaşmasında üzv dövlətlərin birbaşa kapital resursları ilə yanaşı, fiziki və ya hüquqi şəxslərin də maliyyəsinin cəlb edilməsi nəzərdə tutulub ki, bu da türk dövlətlərinin iri şirkətlərinin, sahibkarlar icmasının bu prosesdə fəal rol oynaması deməkdir.

Beləliklə, Türk Dövlətlərinin Yaşıl Maliyyə Şurasının yaradılması türk maliyyə və bank ailəsinin xarici bazar iştirakçıları ilə rəqabətdə mövqelərini möhkəmləndirə bilər. Bu platforma Asiya və Avropa regionunda böyük bir yeni maliyyə ekosisteminin əsasını qoymaqla, türk ölkələrinin təşəbbüskarlığı sayəsində Çindən Avropaya qədər uzanan “yaşıl maliyyə” coğrafiyasının formalaşmasında da təşviqedici rol oynayacaq.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Sentyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri