Icma.az
close
up
RU
Azərbaycan Türk Yaşıl Maliyyə Şurasında

Azərbaycan Türk Yaşıl Maliyyə Şurasında

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkəmiz Türk dünyasının ətraf mühit təşəbbüslərində fəal iştirak edir

Sentyabrın 9-da Astanada Şuranın ikinci illik görüşü keçirilib. “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin məlumatına görə, (ABMM) görüş IX Beynəlxalq Maliyyə Forumu çərçivəsində keçirilib. Görüşdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, ABMM-in nümayəndələri, habelə TDT-yə üzv və müşahidəçi ölkələrin maliyyə tənzimləyicilərinin, iqtisadi və maliyyə qurumlarının, inkişaf institutlarının və fond birjalarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

İştirakçılar yaşıl və dayanıqlı maliyyələşdirmənin inkişafını, karbon bazarlarının formalaşdırılmasını, təbiətə əsaslanan həllərin və şəriət prinsiplərinə əsaslanan yanaşmaların tətbiqini müzakirə ediblər. Görüşdə birgə layihələrin hazırlanmasına, regional əməkdaşlığın gücləndirilməsinə və sahə mütəxəssislərinin təliminə xüsusi diqqət yetirilib.

Daha sonra Türk Dövlətləri Təşkilatının Yaşıl Maliyyə Şurasının ikinci iclasının yekunlarına əsasən, tərəflər dayanıqlı maliyyələşdirmə sahəsində əməkdaşlıq üzrə gündəliyin genişləndirilməsini nəzərdə tutan Birgə Kommunike imzalayıblar. Görüşün yekunlarına əsasən imzalanmış kommunike şuranın gündəliyinin genişləndirilməsini təsbit edib. Onun fəaliyyəti yaşıl maliyyə ilə yanaşı, dayanıqlı maliyyələşdirmənin inkişafı və təşviqi ilə bağlı daha geniş məsələləri də əhatə edəcək.

Qeyd edək ki, ölkəmiz TDT çərçivəsində Yaşıl maliyyənin inkişafına yönəlmiş təşəbbüslərdə fəal iştirak edir. Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Astanada keçirilən Türk Yaşıl Maliyyə Şurasının ikinci illik toplantısı çərçivəsində deyib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının fəal üzvlərindən biridir: “Azərbaycan Türk Dövlətləri Təşkilatının fəal üzvlərindən biridir. Artıq ikinci ildir ki, Türk Yaşıl Maliyyə Şurası fəaliyyət göstərir və ölkəmiz Şuranın təşəbbüslərində və toplantılarında fəal iştirak edir. Ötən il ilk toplantıda iştirak etmişdik, bu il isə artıq ikinci toplantı keçirilir”.

Onun sözlərinə görə, builki toplantıda karbon bazarlarının inkişafı istiqamətində fəaliyyətin genişləndirilməsi, təbiət əsaslı həllərdə yaşıl maliyyə alətlərinin tətbiqi, eləcə də bu alətlərin üzv dövlətlərdə tətbiqi üçün bacarıqların artırılmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

“Azərbaycanın inkişaf gündəliyində yaşıl iqtisadiyyatın inkişafı və yaşıl həllərin tətbiqi əsas prioritetlərdən biridir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində müəyyən edilən 5 milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsidir”, - deyə nazirin müşaviri qeyd edib.

Hüseyn Hüseynov bildirib ki, bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatların irəli sürdüyü və həyata keçirdiyi təşəbbüslər Azərbaycan tərəfindən dəstəklənir. Eyni zamanda, belə platformalarda müzakirə olunan məsələlər, üzv dövlətlərdə tətbiq edilən “yaşıl maliyyə” alətləri və bu sahədə formalaşan təcrübə öyrənilir, onların Azərbaycanda tətbiqi istiqamətində müvafiq işlər aparılır.

Dünyada yaşıl iqtisadiyyata keçid sürətləndikcə maliyyə resurslarının bu istiqamətə yönəldilməsi də getdikcə daha böyük əhəmiyyət daşıyır. Söhbət yalnız bərpa olunan enerjiyə investisiyalardan getmir. Yaşıl maliyyə enerji səmərəliliyindən aşağı karbonlu texnologiyalara, dayanıqlı infrastrukturdan ekoloji layihələrə qədər geniş sahəni əhatə edir.

Türk Dövlətləri Təşkilatı çərçivəsində yaradılan Türk Yaşıl Maliyyə Şurası da məhz bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə hesablanıb. Şuranın yaradılması haqqında Anlaşma Memorandumu 6 noyabr 2024-cü ildə Bişkekdə keçirilən TDT Zirvə görüşü çərçivəsində imzalanıb. TDT-nin rəsmi sənədlərində Şuranın əsas məqsədlərindən biri türk dövlətlərində yaşıl iqtisadiyyat üzrə kapital bazarının inkişaf etdirilməsi kimi göstərilir. Şuranın ilk iclası 4 sentyabr 2025-ci ildə Astanada keçirilib. Toplantıda yaşıl və dayanıqlı maliyyənin inkişafı, üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və bu sahədə birgə fəaliyyət imkanları müzakirə olunub.

Şuranın Azərbaycan üçün önəmi

Azərbaycan son illərdə yaşıl enerjinin inkişafını enerji siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Günəş və külək elektrik stansiyalarının yaradılması, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji potensialından istifadə, enerji səmərəliliyi və elektrik enerjisinin ixracı ilə bağlı layihələr böyük maliyyə resursları tələb edir. Ekspertlərin fikrincə, Türk Yaşıl Maliyyə Şurası bu baxımdan Azərbaycan üçün əlavə əməkdaşlıq platforması yarada bilər. İlk növbədə, türk dövlətlərində yaşıl layihələrin maliyyələşdirilməsi üçün kapital bazarlarının inkişaf etdirilməsi Azərbaycanın da yaşıl istiqrazlar, dayanıqlı maliyyə alətləri və digər maliyyə mexanizmləri üzrə təcrübə mübadiləsində iştirakına imkan verə bilər.

Digər mühüm istiqamət isə investorların cəlb edilməsidir. Yaşıl layihələrin reallaşdırılması üçün yalnız dövlət vəsaiti kifayət etmir. Özəl kapitalın, institusional investorların və beynəlxalq maliyyə resurslarının bu layihələrə yönəldilməsi vacibdir. TDT çərçivəsində yaradılan yeni mexanizmlər isə üzv ölkələr arasında bu sahədə koordinasiyanı gücləndirə bilər. TDT rəhbərliyi də Türk Yaşıl Maliyyə Şurasını təşkilatın iqtisadi inteqrasiyasını gücləndirən əsas mexanizmlərdən biri kimi təqdim edir.

Azərbaycan üçün digər potensial istiqamət regional yaşıl enerji layihələridir. Xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı və elektrik enerjisinin ölkələr arasında ötürülməsi ilə bağlı layihələrdə maliyyə məsələsi əsas amillərdən biridir. Belə layihələrin gələcəkdə TDT məkanında yaşıl maliyyə mexanizmləri ilə əlaqələndirilməsi əlavə imkanlar yarada bilər.

Ancaq burada bir məqam xüsusi qeyd olunmalıdır ki, Türk Yaşıl Maliyyə Şurası hazırda Azərbaycan üçün ayrıca maliyyə fondu və ya kredit mexanizmi kimi təqdim edilmir. Yəni Şuranın yaradılması avtomatik olaraq Azərbaycana müəyyən məbləğdə vəsait ayrılması demək deyil. Onun əsas funksiyası daha çox yaşıl maliyyə sahəsində əməkdaşlığın qurulması, kapital bazarlarının inkişafı, təcrübə mübadiləsi və birgə layihələr üçün imkanların genişləndirilməsidir.

Bu baxımdan deyə bilərik ki, Azərbaycanın bu platformadan əldə edə biləcəyi əsas üstünlük birbaşa maliyyə vəsaitindən daha genişdir. Söhbət yaşıl maliyyə bazarlarının inkişafında təcrübə mübadiləsindən, yeni maliyyə alətlərinin tətbiqindən, investorların cəlb edilməsindən və türk dövlətləri arasında yaşıl iqtisadiyyat üzrə daha sıx əməkdaşlıqdan gedir.

Azərbaycanın yaşıl enerji sahəsində artan layihə portfeli nəzərə alınarsa, Türk Yaşıl Maliyyə Şurasının gələcək fəaliyyəti ölkənin yaşıl keçidi üçün əlavə maliyyə və əməkdaşlıq imkanlarının formalaşdığı platformalardan biri ola bilər.

Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert

Türk Dövlətləri Təşkilatı çərçivəsində yaşıl enerji və yaşıl maliyyə sahəsində əməkdaşlığın genişlənməsi Türk dünyasında iqtisadi inteqrasiyanın yeni mərhələsi kimi qiymətləndirilə bilər. Azərbaycanın bu prosesdə fəal mövqeyi təsadüfi deyil. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində 5 əsas prioritetdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi göstərir ki, enerji keçidi artıq ölkənin uzunmüddətli iqtisadi inkişaf modelinin mühüm tərkib hissəsidir.

Azərbaycan qarşıdakı illərdə özünün ənənəvi neft-qaz ölkəsi statusunu qorumaqla yanaşı, regional yaşıl enerji istehsalçısı və ixracatçısına çevrilməyi hədəfləyir. Ölkəmizin texniki baxımdan bərpaolunan enerji potensialı quruda təxminən 135 giqavat, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 giqavat səviyyəsində qiymətləndirilir. Bu göstəricilər Azərbaycanın daxili tələbatını ödəməklə yanaşı, gələcəkdə əhəmiyyətli yaşıl enerji ixracı potensialının olduğunu göstərir.

Artıq bu potensialın praktik reallaşdırılması istiqamətində böyük layihələr həyata keçirilir. 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi və 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası kimi layihələr Azərbaycanın enerji balansında bərpaolunan mənbələrin payının artırılmasına xidmət edir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi isə bu strategiyanın digər mühüm istiqamətidir.

Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payını əhəmiyyətli şəkildə artırmaqdır. Eyni zamanda, 2032-ci ilə qədər günəş və külək enerjisi üzrə təxminən 8 giqavat gücün yaradılması perspektivi ölkənin enerji strukturunda ciddi dəyişikliklərə səbəb ola bilər.

Burada TDT amili xüsusi əhəmiyyət daşıyır. Qazaxıstan və Özbəkistan da böyük günəş və külək enerjisi potensialına malikdir. Bu baxımdan gələcəkdə Mərkəzi Asiyada istehsal edilən yaşıl elektrik enerjisinin Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisinə, buradan isə Türkiyə və Avropa bazarlarına ötürülməsi Türk dünyasının vahid yaşıl enerji xəttinin formalaşmasına imkan verə bilər. Azərbaycan bu sistemdə həm istehsalçı, həm tranzit ölkə, həm də Şərqlə Qərb arasında enerji qovşağı funksiyasını yerinə yetirə bilər.

Bu prosesin digər mühüm tərəfi yaşıl maliyyədir. Çünki yaşıl transformasiya milyardlarla dollar həcmində investisiya tələb edir. Dövlət vəsaitləri ilə yanaşı, beynəlxalq maliyyə institutlarının, özəl investorların, bankların və kapital bazarlarının imkanlarından istifadə olunmalıdır. Türk Yaşıl Maliyyə Şurasının əhəmiyyəti də məhz burada ortaya çıxır. TDT ölkələri arasında yaşıl layihələrin qiymətləndirilməsi üçün ortaq standartların yaradılması, yaşıl istiqrazların və digər maliyyə alətlərinin inkişaf etdirilməsi investisiya axınlarını sürətləndirə bilər.

Hesab edirəm ki, yaxın illərdə nəqliyyat və logistika ilə yanaşı, yaşıl enerji də Türk Dövlətləri Təşkilatı daxilində iqtisadi inteqrasiyanın əsas istiqamətlərindən birinə çevriləcək. Burada Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, ölkəmiz həm böyük bərpaolunan enerji potensialına, həm mövcud enerji infrastrukturuna, həm də Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən əlverişli coğrafi mövqeyə malikdir.

Musa BAĞIRLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri