Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Mərkəzi Bankda Manato üzrə daxil olan şikayətlər araşdırılır

Mərkəzi Bankda Manato üzrə daxil olan şikayətlər araşdırılır

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illər Azərbaycanda onlayn kredit xidmətlərindən istifadə edən vətəndaşların sayı artdıqca, bu sahə ilə bağlı şikayət və narazılıqlar da gündəmə gəlir. Belə ki, bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti, o cümlədən gündəlik (qısamüddətli) kredit məhsulları ilə bağlı müraciətlər daha çox daxil olur.

Son dövrlər "SF Azerbaijan” BOKT MMC-yə məxsus olan "manato.az” kredit platforması ilə bağlı yayılan narazılıqları araşdırıb.

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) Mətbuat katibi Namiq Əliyev Yurd.Media-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda Mərkəzi Bank banklar üzrə şikayət indeksini ictimaiyyətə açıqlayır və növbəti mərhələdə bank olmayan kredit təşkilatları üzrə də analoji indeksin təqdim edilməsi nəzərdə tutulur.

Gündəlik kreditlər üçün ciddi məhdudiyyətlər tətbiq olunur

Mərkəzi Bankdan bildirilib ki, son dövrlərdə qəbul edilmiş normativ hüquqi aktlarla gündəlik kreditlərin verilməsi qaydaları daha ciddi şəkildə tənzimlənib.

Belə ki, "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” qüvvəyə minib.

Qaydalara əsasən:

* gündəlik kreditin məbləği maksimum 500 manat ola bilər;

* kreditin müddəti 45 gündən artıq olmamalıdır;

* gündəlik faiz dərəcəsi maksimum 0,3 faiz müəyyən edilib;

* kredit yalnız milli valyutada verilə bilər;

* bu növ kreditlərin restrukturizasiyası qadağandır;

* kredit üzrə bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 faizindən artıq ola bilməz.

Qurum vurğulayıb ki, bu tələblər vətəndaşların həddindən artıq borclanmasının qarşısını almaq və istehlakçı hüquqlarını qorumaq məqsədi daşıyır.

"Manato” lisenziyalı fəaliyyət göstərir

Mərkəzi Bankın açıqlamasında qeyd olunub ki, Azərbaycanda kredit fəaliyyəti yalnız müvafiq lisenziya əsasında həyata keçirilə bilər.

Banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları "Banklar haqqında”, "Bank olmayan kredit təşkilatları haqqında” və "Kredit ittifaqları haqqında” qanunlara uyğun olaraq lisenziyalaşdırılır.

Mərkəzi Bankın məlumatına görə, "manato.az” kredit məhsulu "SF Azerbaijan” BOKT MMC-yə məxsusdur və həmin təşkilata Mərkəzi Bank tərəfindən BKT-44 saylı lisenziya verilib.

Kredit gecikərsə nə baş verir?

AMB kredit ödənişlərinin gecikdirilməsi hallarında tətbiq edilən prosedurlara da aydınlıq gətirib.

Mərkəzi Bankın açıqlamasına görə, qanunvericilik kredit təşkilatlarına müəyyən hüquqlar verir. Belə ki, borcalan kredit öhdəliyini uzun müddət yerinə yetirmədikdə, kredit təşkilatı borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər.

Eyni zamanda:

* gecikdirilmiş günlər üçün faiz hesablanması mümkündür;

* müqavilədə nəzərdə tutulubsa cərimə və ya penya tətbiq edilə bilər;

* gecikmə məlumatları Azərbaycan Kredit Bürosuna və Mərkəzləşdirilmiş Kredit Reyestrinə ötürülə bilər;

* təminatlı kreditlər üzrə təminatın realizəsi tələb oluna bilər;

* kredit təşkilatı məhkəməyə müraciət edə bilər.

* ⁠Mərkəzi Bank vurğulayıb ki, bütün bu tədbirlər yalnız qanunvericilik və kredit müqaviləsinin şərtləri çərçivəsində həyata keçirilə bilər.

* ⁠Borclunun yaxınlarına zəng etmək qanun pozuntusu sayıla bilər

Açıqlamada ən çox müzakirə olunan məsələlərdən biri – borcluların yaxınlarına edilən zənglərə də münasibət bildirilib.

Mərkəzi Bank qeyd edib ki, müştərinin kredit məlumatlarının onun razılığı olmadan üçüncü şəxslərə açıqlanması bir sıra qanunların pozulmasına səbəb ola bilər.

Bildirilib ki, "Bank olmayan kredit təşkilatları haqqında”, "Kommersiya sirri haqqında” və "Fərdi məlumatlar haqqında” qanunların tələblərinə əsasən, vətəndaşın şəxsi məlumatlarının üçüncü şəxslərə verilməsi yalnız onun yazılı razılığı əsasında mümkündür.

Əgər belə razılıq yoxdursa, borclunun kredit öhdəlikləri barədə yaxınlarına və ya digər şəxslərə məlumat verilməsi qanunsuz hesab oluna bilər.

Qurumun açıqlamasında vurğulanır ki, fərdi məlumatları və ya kommersiya sirri təşkil edən məlumatları qanunsuz yayan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Vətəndaşlar hara müraciət edə bilər?

Mərkəzi Bank psixoloji təzyiq, təhdid və ya digər qanunsuz davranışlarla üzləşən vətəndaşlara müraciət yollarını da açıqlayıb.

Qurumun məlumatına görə, belə hallarda vətəndaşlar:

* hüquq-mühafizə orqanlarına,

* məhkəmələrə,

* eləcə də nəzarət orqanı kimi Mərkəzi Banka müraciət edə bilərlər.

Bu müraciətlər vasitəsilə pozulmuş hüquqların bərpası, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması mümkündür.

Pozuntular aşkar edilərsə tədbir görülür

Namiq Əliyev bildirib ki, Mərkəzi Bank maliyyə bazarında istehlakçı hüquqlarının qorunmasını əsas prioritetlərdən biri hesab edir.

Onun sözlərinə görə, aparılan nəzarət tədbirləri nəticəsində müxtəlif dövrlərdə bəzi bank olmayan kredit təşkilatlarında qanun pozuntuları aşkar olunub və həmin təşkilatlar, eləcə də onların inzibatçıları qanunvericiliyə uyğun qaydada cərimələniblər.

Qurum qeyd edib ki, istehlakçı hüquqlarının pozulması və ya belə hallara şərait yaradan çatışmazlıqlar müəyyən edildikdə, nəzarət subyektlərinə icrası məcburi olan göstərişlər verilir.

Mərkəzi Bank sonda vurğulayıb ki, bank olmayan kredit təşkilatlarının, o cümlədən gündəlik kredit verən platformaların fəaliyyəti daimi nəzarətdə saxlanılır və qanunvericiliyin tələblərindən kənara çıxan hallarla bağlı zəruri tədbirlər görülür.

Qeyd edək ki, Yurd Media-ya müraciət edən vətəndaşlardan biri kredit ödənişində gecikmə yarandıqdan sonra "Manato” əməkdaşları tərəfindən valideyninə zəng edildiyini iddia edib. Vətəndaşın sözlərinə görə, zəng zamanı onun kredit öhdəliyi barədə məlumat verilib.

Məsələ ilə bağlı Mərkəzi Bankın mövqeyində bildirilir ki, müştərinin krediti haqqında məlumatın onun yazılı razılığı olmadan yaxınlarına və ya digər üçüncü şəxslərə verilməsi "Bank olmayan kredit təşkilatları haqqında”, "Kommersiya sirri haqqında” və "Fərdi məlumatlar haqqında” qanunların tələblərinin pozulmasına səbəb ola bilər.

Mərkəzi Bank vurğulayır ki, fərdi məlumatların üçüncü şəxslərə ötürülməsi yalnız müştərinin yazılı razılığı əsasında mümkündür. Əks halda, bu məlumatların açıqlanması qanunsuz hesab oluna bilər.

///Yurd.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 İyun 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see882

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see493

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see348

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see313

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see292

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see287

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see274

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see262

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see262

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see254

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see249

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see246

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see244

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see233

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see227

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see226

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see226

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see201

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see191

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri