Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

2025 ci ildə orta statistik işçi əvvəlki ildən daha az dəyər yaradıb

2025 ci ildə orta statistik işçi əvvəlki ildən daha az dəyər yaradıb

Icma.az, Adelet.az saytına istinadən bildirir.

"Dövlət Statistika Komitəsi “Azərbaycanın milli hesabları 2026” statistik məcmuəsini nəşr edib. Məcmuədə maraqlı məqamlar var. Amma mənim diqqətimi daha çox əmək məhsuldarlığı ilə bağlı göstəricilər çəkdi. Çünki iqtisadi inkişaf üçün əmək məhsuldarlığı çox önəmlidir".

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

O, bildirib ki, iqtisadiyyat iki cür inkişaf edir: 

"Ya daha çox adam işləyir, daha çox resurs sərf olunur. Ya da eyni resurs və vaxtla daha çox dəyər yaradılır. Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərə görə, 2025-ci ildə ölkə üzrə əmək məhsuldarlığı orta hesabla cüzi pisləşib.  Sadə dillə desək, bu o deməkdir ki, 2025-ci ildə orta statistik işçi 2024-cü illə müqayisədə az dəyər yaradıb.

Bu, işçilərin daha pis işləməsi demək deyil. Sadəcə iqtisadiyyatın səmərəliliyi baxımından zəifləmə var. Yəni iqtisadiyyatın böyüməsi hələ onun daha keyfiyyətli böyüməsi demək deyil. Əsas məsələ daha çox adam, daha çox vaxt və daha çox resurs hesabına böyümək yox, eyni imkanlarla daha çox dəyər yarada bilməkdir".

Onun sözlərinə görə, rəqəmlərə baxsaq, 2021-ci ildə əmək məhsuldarlığı 2,9 faiz, 2022-ci ildə 2,9 faiz artıb, 2023-cü ildə 0,3 faiz azalıb, 2024-cü ildə yenidən 2,7 faiz artıb, 2025-ci ildə isə 0,3 faiz azalıb:

"İndi məsələnin ən maraqlı tərəfinə, yəni azalmanın harada daha çox olmasına baxaq. Deməli, iqtisadi fəaliyyət sahələri üzrə 2025-ci ildə əmək məhsuldarlığında ən böyük azalma maliyyə və sığorta fəaliyyətində (7,2 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində (7,1 faiz), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində (4,1 faiz) qeydə alınıb. 

Ən yüksək artım isə inzibati və yardımçı xidmətlərin göstərilməsi (9,2 faiz), informasiya və rabitə (7,8 faiz), dövlət idarəetməsi və müdafiə, sosial təminat (4,7 faiz) sahələrində olub.

Düşünürəm ki, əmək məhsuldarlığının azalmasının bir neçə səbəbi ola bilər. Bunlardan biri iqtisadiyyatın bəzi sahələrində məşğul olanların sayının artımının yaradılan əlavə dəyərin artımını üstələməsidir. Yəni işçilərin sayı artır, amma istehsal və xidmətlərin həcmi eyni sürətlə böyümür. 

Digər səbəblər müəssisələrdə müasir texnologiyaların kifayət qədər tətbiq olunmaması, investisiyaların gözlənilən səmərəni verməməsi və işin təşkilində mövcud problemlər ola bilər. Bəzi sahələrdə isə istehsalın və xidmətlərin həcminin azalması da əmək məhsuldarlığına mənfi təsir göstərə bilər. 

Təbii ki, konkret səbəbləri müəyyən etmək üçün sahələr üzrə daha ətraflı təhlilə ehtiyac var. Daha ətraflı təhlil üçün isə daha detallı məlumatlara ehtiyac var".

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Noyabr 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri