Icma.az
close
up
RU
Mərkəzi Bankdan 10 manatlıq əskinaslarla bağlı açıqlama...

Mərkəzi Bankdan 10 manatlıq əskinaslarla bağlı açıqlama...

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Mərkəzi Bank ödəniş terminallarının 10 manatlıq əskinasları qəbul etməməsinə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, “Yeni Sabah”a qurumdan “Mərkəzi Bank haqqında” qanunun 36.3-cü maddəsinə əsasən, Mərkəzi Bankın buraxdığı bütün pul nişanları ölkə ərazisində nominal dəyəri ilə hər növ ödənişlər zamanı hökmən qəbul edilməli olduğu bildirilib.

Qeyd olunub ki, Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası” Qaydalarına əsasən, banklar tərəfindən istismar olunan nağd pul avadanlıqları – o cümlədən pulsayan, emal edən və qəbul edən (cash-in) avtomatlaşdırılmış qurğular həqiqi milli pul nişanlarını tanımalı, saxta pul nişanlarını isə qəbul etməməlidir.

Mərkəzi Bankdan vurğulanıb ki, kağız milli pul nişanlarının ödəniş terminalları vasitəsilə qəbul olunmaması iki halda mümkün ola bilər:

“Pul nişanı kağız keyfiyyətini itirdikdə, üzərində çirk, ləkə, yapışqan lent və digər yararsızlıq əlamətləri olduqda, yaxud qaydaların tələblərinə uyğun gəlmədikdə və ya həqiqiliyinə dair şübhə yarandıqda;

Ödəniş terminalında texniki nasazlıq və ya proqram təminatı ilə bağlı xəta baş verdikdə.

Terminallar vasitəsilə kağız pul nişanlarının qəbulunda problem yaranarsa, vətəndaşlar avadanlığın yerləşdiyi ünvan və terminalın mülkiyyətçisi olan ödəniş xidməti təchizatçısı barədə məlumatları dəqiq göstərməklə aidiyyəti təşkilata müraciət etməlidirlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Fevral 2026 07:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri