Icma.az
close
up
RU
Mərkəzi Bankdan yeni inflyasiya proqnozları

Mərkəzi Bankdan yeni inflyasiya proqnozları

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Qiymət indeksi bu il 6,1 faiz,

2027-ci ildə isə 5,8 faiz təşkil edəcək

Mərkəzi Bank (MB) ölkəmizdə qiymət sabitliyi ilə bağlı yenilənmiş ehtimallarını açıqlayıb. Baza proqnozlarımıza əsasən, inflyasiya 2026-cı ilin sonuna 6,1 faiz, 2027-ci ilin sonuna isə 5,8 faiz təşkil edəcək. MB sədri Taleh Kazımov bildirib ki, inflyasiya ortamüddətli dövrdə hədəf diapazonu daxilində gözlənilsə də, təklif amilləri ilə bağlı inflyasiyanın artması riskləri mövcuddur. Belə ki, müxtəlif bölgələrdə davam edən geosiyasi gərginliklər fonunda artan bir sıra xarici bazar amilləri, ətraf regionlarda və Azərbaycanın sıx ticari mübadilələr həyata keçirdiyi ölkələrdə qiymət dalğalanmalarının artması inflyasiya təzyiqlərini yüksəldə bilər.

Baş verən qlobal təsirlərə baxmayaraq, Mərkəzi Bank prioritet hədəfinə uyğun olaraq, məzənnə sabitliyini əsas nominal lövbər kimi qorumaqla faiz dərəcələrinin ötürücülüyünü gücləndirmək və dərinləşdirmək, eyni zamanda, daxili inflyasiya baxımından banklararası faiz dərəcələrini əlavələr kimi istifadə etmək niyyətindədir. Belə ki, daxili bazar mühitində inflyasiya amilləri tam neytallaşmış vəziyyərdə qalmaqdadır. Bu istiqamətdə mühüm faktorlardan biri kimi banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR bir ildən artıqdır ki, ikinci dərəcəli əməliyyat hədəfi rolunu oynayır. AZIR ilə uçot dərəcəsi arasındakı fərq azalıb. Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankının birbaşa AZIR-ə istinad edilən dəyişən faizli istiqrazlar buraxması bu göstəricinin etibarlılığına verilən daha güclü dəstək verir. Nəticədə qiymət sabitliyinin qorunması dayanıqlılığını gücləndirir.

T.Kazımov 3 əsas prioriteti diqqətə çatdırıb. Bunlar faiz dərəcələrinin bazar faizlərinə ötürücülüyünü gücləndirmək, AZIR-ə istinad edən maliyyə alətlərinin çeşidinin genişləndirilməsi, o cümlədən gəlirlilik əyrisinin formalaşdırılması vasitəsilə kapital və pul bazarlarını dərinləşdirmək, habelə məlumat analitikası və süni intellektdən istifadə etməklə proqnozlaşdırma imkanlarını təkmilləşdirmək kimi hədəf istiqamətləridir.

Strateji hədəf birrəqəmli inflyasiya dəhlizinin qorunub saxlanmasıdır

Ümumilikdə, Mərkəzi Bank baza ssenarisi üzrə qiymət indeksinin 2026-cı və növbəti illərdə birrəqəmli həddə qorunub saxlanmasını təmin edəcəyinə əmindir. Xatırladaq ki, 2026-cı ilin ötən 9 ayı ərzində inflyasiya 5,7 faiz təşkil edib. Hökumət MB ilə birgə koordinasiyalı fəaliyyət çərçivəsində potensial riskləri nəzərə alaraq cari ildə və ortamüddətli dövrdə büdcə xərclərinin və kredit qoyuluşlarının inflyasiyaya təsirləri xüsusi diqqətdə saxlamağı düşünür. Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamından irəli gələn tələbləri  qarşıdakı illərdə əsas yol xəritəsi kimi digər iqtisadi qurumlar tərəfindən diqqətdə saxlanılacaq. Ələlxüsus da monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində görülmüş səmərəverici tədbirlər yenə də əsas çağırış kimi iqtisadi blokun masasında qalacaq, MB öz mandatına uyğun olaraq zəruri nəzarət alətlərini davam etdirəcək.

BVF illik inflyasiyanı 5-6 faiz proqnozlaşdırır

Yeri gəlmişkən, bu günlərdə Beynəlxalq Valyuta Fondu (BVF) da Azərbaycanla bağlı yenilənmiş inflyasiya proqnzolarını təqdim edib. Fond cari ildə və 2027-ci ildə inflyasiyanın 5-6 faiz intervalında olacağını fərz edir. İnflyasiya üzrə artım istiqamətində dəyişikliklər əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından yarana bilər. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir. Belə ki, cari ilin ikinci rübündə artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda,  qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaq. Ümumilikdə, proqnozlara görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir.

BVF ilə yanaşı, digər beynəlxalq maliyyə institutları tərəfindən də cari il üzrə inflyasiya proqnozları dəyişdirilib. Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, “Standart & Poor’s” növbəti yarımillikdə idxal inflyasiyasının ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı, Mərkəzi Bankın yürüdəcəyi nominal effektiv məzənnənin dinamikasından da asılı olacağını yəqin edir.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Oktyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri