Icma.az
close
up
RU
Mərkəzi Bankın faizləri endirməsi bizə necə təsir edəcək?

Mərkəzi Bankın faizləri endirməsi bizə necə təsir edəcək?

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Mərkəzi Bankı ötən gün 2024-cü il mayın 2-dən sonra ilk dəfə uçot dərəcəsini və faiz dəhlizinin digər parametrlərini 0,25 faiz bəndi azaldıb. Uçot dərəcəsi 7 faiz, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 8 faiz səviyyəsinə endirilib.

Bəs faiz dəhlizinin parametrləri nədir və onun dəyişdirilməsi hansı əhəmiyyətə malikdir?

“Qafqazinfo”nun məlumatına görə, uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklara verdiyi kreditlərin faiz dərəcəsidir. Bu baxımdan uçot dərəcəsi pulun qiymətini əks etdirir. Həmçinin faiz dəhlizinin aşağı həddi birgünlük vəsaitlərin cəlbolunma faiz dərəcəsi, yuxarı həddi isə yerləşdirmə faiz dərəcəsidir. 

Uçot dərəcəsindən inflyasiya təsir etmə aləti kimi istifadə edilir. İnflyasiya yüksək olarsa, uçot dərəcəsi yüksəldilir. Nəzəriyyəyə görə, bu zaman mərkəzi bankların digər banklara verdiyi kreditlərin faizləri artdığı üçün banklardan alınan kreditlərin də faizləri yüksəlir. Proses həmçinin bankların əmanət faizlərinin yüksəltməsinə səbəb olur. Vəziyyət əhalinin alıcılığının azalmasına, vəsaitlərini banklara yerləşdirmələrinə gətirib çıxarır. Bu isə yüksək qiymətlərin enməsi və inflyasiyanın azalması ilə nəticələnir. 

İnflyasiya məqbul səviyyəyə endikdə isə mərkəzi banklar uçot dərəcələrini azaltmağa başlayırlar. Bu da kredit faizlərinin enməsinə səbəb olur. 

İldə faizlərlə bağlı 8 dəfə qərar qəbul edən Azərbaycan Mərkəzi Bankı da faiz dəhlizinin parametrləri ilə bağlı son açıqlamasında faizlərin aşağı salınmasını faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu, onun hədəflə müqayisəsi və digər amillər nəzərə alınmaqla qəbul edildiyini açıqlayıb. 

Maraqlı məqam isə budur ki, Mərkəzi Bank 2025-ci ildə illik 5,7 faiz inflyasiya olacağını proqnoz etsə də, artıq 2025-ci ilin birinci yarısında illik inflyasiya 6 faizə çatıb. Bu, Mərkəzi Bankın inflyasiya hədəfinin (4±2%) ən yüksək həddidir. Qurum, həmçinin qarşıdakı müddətdə daha yüksək inflyasiya gözləyir. Belə ki, hələ aprel ayında 2025-ci ildə 5,3 faiz, 2026-ci ildə 4,3 faiz inflyasiya olacağı proqnoz edilmişdi. İyulda isə proqnoz 2025-ci il üzrə 5,7 faizə, növbəti il üzrə 5,3 faizə yüksəldilib.  

İqtisadçı Xalid Kərimli hesab edir ki, Mərkəzi Bankın sözügedən qərarının kreditlərin faizlərinə ciddi təsiri olmayacaq. Ekspert “Qafqazinfo”ya bildirib ki, kredit faizlərinin azalması üçün Mərkəzi Bank müəyyən addımlar atmalıdır: “Düzdür, getdikcə bu təsir artır. Amma yenə də çox azdır. Bilirik ki, son bir il ərzində kredit bazarında kredit növləri üzrə 3-4 faiz bahalaşma var. Yəni Mərkəzi Bankın faiz dərəcəsinin 0,25 faiz bəndi aşağı salması faiz dərəcələrinə əhəmiyyətli təsir etməyəcək. Bunun üçün Mərkəzi Bank məcburi ehtiyat normalarında da müəyyən dəyişikliklər etməlidir. Lakin hələlik qurum onun siqnalını vermir. Faiz dərəcələrinin aşağı salınması, həmçinin bankların Mərkəzi Bankın notlarına investisiyalarının gəlirliliyini azaldacaq”.

Uçot dərəcəsinin kredit faizlərinə təsir etməməsi, həmçinin banklarda Mərkəzi Bankın vəsaitlərinin faizlərə təsir edəcək səviyyədə olmaması ilə izah edilir. 

Reallıq isə onu göstərir ki, faiz dəhlizinin parametrlərinin dəyişməz qaldığı təxminən son bir ildə depozitlərin faizləri azalsa da, kreditlərin faizləri artıb.

Mərkəzi Bankın 2025-ci il iyun ayının 1-nə olan məlumatına görə, yeni cəlb edilmiş müddətli depozitlərin orta faiz dərəcəsi 6,9 faiz təşkil edib. Halbuki bir il əvvəl sözügedən göstərici 8,06 faiz idi. Cari ilin iyunun 1-i tarixinə olan məlumata görə, həmçinin yeni verilmiş kreditlərin orta faiz dərəcəsi 18,9 faiz olub. Bir il əvvəl bu göstərici 15,11 faiz idi. 

Ceyhun Həmid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 İyul 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri