Icma.az
close
up
RU
Mərkəzi Elmi Kitabxananın Elmi Metodiki Şurasının iclası keçirilib

Mərkəzi Elmi Kitabxananın Elmi Metodiki Şurasının iclası keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Elmi-Metodiki Şurasının cari il üzrə ikinci iclası baş tutub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, iclası şuranın sədri, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov açaraq gündəlikdə yer alan məsələləri iştirakçıların diqqətinə çatdırıb. Direktor cari ildə AMEA-nın 80, MEK-in isə 100 illik yubileyləri münasibətilə bir sıra tədbirlərin keçirilməsinin planlaşdırıldığını qeyd edib.

H.Hüseynov, həmçinin MEK-in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” mövzusunda respublika elmi konfransının hazırlıq işləri barədə məlumat verib. Sayca üçüncü dəfə keçiriləcək bu konfransa marağın yüksək olduğunu bildirən şura sədri, artıq kifayət qədər elmi məqalənin təqdim olunduğunu vurğulayıb.

İclasda MEK-in 100 illik yubileyi ilə əlaqədar hazırlanması nəzərdə tutulan bir sıra nəşrlər müzakirə olunub. Bunlar arasında “AMEA akademiklərin gözü ilə (AMEA-nın 80 illiyinə)”, “AMEA-nın alim qadınları: məlumat kitabı”, “Mərkəzi Elmi Kitabxana – 100 il elmin keşiyində”, “AMEA Mərkəzi Elmi Kitabxanasının salnaməsi”, “Mərkəzi Elmi Kitabxananın nəşrləri: biblioqrafik göstərici”, “Mərkəzi Elmi Kitabxana mətbuatın güzgüsündə” və “Qarabağ Qəhrəmanları Fondu: biblioqrafik göstərici” adlı nəşrlər yer alır. Eyni zamanda, yubileylər münasibətilə MEK-in “İnformasiya bülleteninin” xüsusi buraxılışının çapı nəzərdə tutulub.

İclasın sonunda MEK rəhbəri son dövrlərdə qurulan beynəlxalq əməkdaşlıqlara toxunub. Direktor ötən ay Türkiyəyə səfəri çərçivəsində MEK ilə Avropanın ən böyük kitabxanalarından biri olan İstanbulun Rami Kitabxanası arasında imzalanmış “Qardaş kitabxanalar” anlaşma memorandumu və Sinop Universiteti ilə qurulan əməkdaşlıq əlaqələri barədə məlumat verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri