Icma.az
close
up
RU
UNEC dosenti AQC Elmi Metodiki Şurasının sədri seçilib

UNEC dosenti AQC Elmi Metodiki Şurasının sədri seçilib

Icma.az, Yenisabah saytına istinadən bildirir.

 Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib. 

 Yenisabah.az Cəmiyyətin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, toplantıda AQC sədri Vüqar Orucun məruzəsi dinlənilib və qurumun fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Assosiasiyanın fəaliyyət istiqamətləri barədə danışan sədr qeyd edib ki, AQC-nin tərkibində Elmi-Metodiki Şura yaradılıb. Ölkəmizin nüfuzlu  iqtisadçı alimlərinin şurada təmsil olunduğu barədə məlumat verən Vüqar Oruc bildirib ki, onun sərəncamı ilə şuraya AQC sədrinin müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru İbrahim Quliyev rəhbərlik edəcək. 

 Sədrin AQC-nin tərkibində Elmi-Metodiki Şuranın yaradılması və iqtisadçı alim İbrahim Quliyevin şuraya südr seçilməsi ilə bağlı sərəncamı İdarə Heyəti tərəfindən yekdilliklə təsdiq edilib. Qərara alınıb  ki, AQC-nin nəzdində elmi jurnal fəaliyyətə başlayacaq. Müntəzəm dövrülüklə dərc olunacaq jurnalda təkcə qiymətləndirmə sahəsi ilə bağlı deyil, ekosistemin digər istiqamətləri ilə də bağlı elmi məqalələr tirajlanacaq. Sezar pizza

 Cəmiyyətin üzvü olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nəznində Azərekspertiza Birliyinin müraciəti müzakirə olunaraq AQC-nin müvafiq rəsmilərinə təşkilatın cavab məktubunun hazırlanması  həvalə edilib. AQC İdarə Heyəti bütün problemlərin Azərbaycan Respublikasının Qiymətləndirmə Fəaliyyəti haqqında Qanunun tələblərinə uyğun şəkildə həll olunmasının vacibliyini vurğulayıb. Cəmiyyətin dövlət qurumları, beynəlxalq təşkilatlar, maliyyə təsisatları, vətəndaş cəmiyyəti insitutları, kütləvi informasiya vasitələri, habelə Azərbaycan Qiymətləndiricilər Palatası ilə əməkdaşlığının daha da artırılması qərara alınıb. İdarə Heyətinin üzvləri qiymətləndirmə sektorunun mövcud problemləri, inkişaf dinamikası ətrafında məruzələrlə çıxış ediblər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Avqust 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri