Icma.az
close
up
RU
AQC Elmi Metodiki Şurasının ilk toplantısı keçirildi

AQC Elmi Metodiki Şurasının ilk toplantısı keçirildi

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) tərkibində Elmi-Metodiki Şuranın ilk toplantısı keçirilib.

AQC-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZXEBER.COM-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc Elmi-Metodiki Şuranın yaradılması zərurəti barədə danışıb. O qeyd edib ki, Azərbaycanın ilk assosiativ ictimai birliklərindən olan AQC qiymətləndiricilərin bilik və bacarıqlarının artırılması, elmi-metodiki fəaliyyətin təşkili üçün belə bir qərar qəbul edib və öz növbəsində sədr ölkəmizin nüfuzlu alimlərinə şurada təmsil olunduqları üçün minnətdarlığını ifadə edib.

Elmi-Metodiki Şuranın sədri, iqtisadçı alim İbrahim Quliyev qarşıda duran hədəfləri iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, qiymətləndirmə standartlarının hazırlanması, elmi-metodoloji fəaliyyətin təşkili üçün səfərbər olunan şura elmi jurnal da ərsəyə gətirəcək. Jurnalda qiymətləndirmə istiqamətləri ilə yanaşı, iqtisadiyyatın ayrı-ayrı sahələrinə dair məqalələr də yayımlanacaq və jurnal öz işini beynəlxalq standartlara uyğun şəkildə həyata keçirəcək: "Bununla bağlı müvafiq qurumlara müraciət olunub və yaxın zamanda qeydiyyat prosesi tam başa çatacaq”  - İ.Quliyev vurğulayıb.

Jurnalın rəhbər və redaksiya heyətlərinin formalaşdırılması üzərində iş aparıldığını deyən İ.Quliyev xarici mütəxəssislərin də bu prosesə cəlb olunacağını bildirdi. Çıxış edən şura üzvləri şuranın və nəşr olunacaq elmi jurnalın əhəmiyyətindən bəhs ediblər. Onlar bildiriblər ki, qiymətləndirmə ekosistemin ayrılmaz tərkib hissəsidir və bu sahəyə aid samballı elmi məqalələrin həm fiziki daşıyıcılarda kağız formasında çap olunması, həm də elektron formada işlənməsi günün aktual tələbidir. Qərara alınıb ki, elmi jurnalın fəaliyyətə başlaması üçün hüquqi və texniki prosesdurlar qısa müddətə başa çatdırılsın və ən qısa müddətə jurnalın ilk nüxsəsi nəşr olunsun. 

Elmi-Metoloji Şuranın Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığa hazır olduğunu diqqətə çatdıran şura sədri bununla bağlı quruma müraciət olunacağını söyləyib. Əlavə edib ki, qiymətləndiricilər üçün keçirilən ixtisas imtahanlarında test bankının hazırlanmasında şurada təmsil olunan alimlər yaxından iştirak ediblər: "Hesab edirik ki, qiymətləndiricilər üçün keçirilən ixtisas imtahanlarında təqdim olunacaq sualların peşəkarlıq dərəcəsi artırılmalıdır və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Elmi-Metodiki Şurası olaraq bu prosesdə yaxından iştirak etməyə hazırıq”.

Elmi-Metodiki Şurada AQC sədrinin müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru İbrahim Quliyev, AR Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir, Bakı Avrasiya Universitetinin kafedra müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüsalə Nağıyeva, , Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Nəzakət Musayeva, Azərbaycan Texniki Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Natavan Namazova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ülkər Sadıqova, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru İlqar Məmmədov, Azərbaycan Texniki Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əliheydər Panalıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Bulud Sadıqov, Beynəlxalq idarəetmə sistemləri (standartları) üzrə mütəxəssis, Britaniya Standartlar İnstitutunun və LRQA (Lloyd s Register) İSO 9001,İSO 45001 standartları üzrə aparıcı auditoru Asif İbrahimov və Bakı Avrasiya Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Pərvin Verdiyeva təmsil olunurlar.

Xatırladaq ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyəti (AQC) 1998-ci ildə təsis olunub və ölkəmizin ilk assosiativ ictimai birliklərindən biridir.

Qiymətləndiricilər arasında qarşılıqlı, faydalı və kordinasiyalı fəaliyyəti təşkil edən AQC dövlət qurumları, beynəlxalq təşkilatlar, maliyyə təsisatları, vətəndaş cəmiyyəti insitutları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edir. Bu günə qədər qiymətləndirmə sahəsində yüzlərlə sertifikasiya imtahanı və çoxsaylı meqa layihələr həyata keçirib. 2022-ci ilin mayından quruma rəhbərlik edən Vüqar Oruc eyni zamanda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin qatıldığı, Rusiya, Belarus, Gürcüstan qiymətləndirmə birliklərinin fəaliyyətində yaxından iştirak etdiyi, 700-dən artıq qiymətləndirmə şirkəti və minlərlə qiymətləndiricinin təmsil olunduğu Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidentidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 Avqust 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri