Icma.az
close
up
RU
Mərkəzi Gömrük Hospitalında yenidoğulmuşlara 24/7 rejimində yüksək standartlı neonatoloji xidmətlər göstərilir FOTOLAR

Mərkəzi Gömrük Hospitalında yenidoğulmuşlara 24/7 rejimində yüksək standartlı neonatoloji xidmətlər göstərilir FOTOLAR

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mərkəzi Gömrük Hospitalında yenidoğulmuşlara 24/7 rejimində yüksək standartlı neonatoloji xidmətlər göstərilir.

SİA məlumat verir ki, Mərkəzi Gömrük Hospitalının Neonatologiya şöbəsində yenidoğulmuşlara beynəlxalq standart və protokollara uyğun olaraq 24/7 rejimində neonatoloji tibbi xidmətlər təqdim olunur. Şöbənin yüksəkixtisaslı pediatr-neonatoloqları Dr. Telman Aytayev, Dr. Təranə Göyüşova, Dr. Aygün Sadıxova, Dr. Minazər Abdullayeva, Dr. Fərəh Vahabova və Dr. Nazilə Hüseynova tərəfindən həm sağlam yenidoğulmuşlara, həm də vaxtından əvvəl doğulmuş və ya doğuşdan dərhal sonra müxtəlif sağlamlıq problemləri ilə üzləşən körpələrə həyatlarının ilk saatlarından etibarən xüsusi diqqət və peşəkar tibbi nəzarət göstərilir. Körpələrin sağlamlıq vəziyyəti yaxından izlənilir, fərdi müalicə və qulluq planları hazırlanaraq onların təhlükəsiz və sağlam inkişafı təmin olunur.

Neonatoloqlar yenidoğulmuşların həyatının ilk günlərində, həftələrində və aylarında onların böyümə və inkişaf dinamikasını, ümumi sağlamlıq göstəricilərini mütəmadi olaraq nəzarətdə saxlayırlar. Xüsusilə həyatın ilk günü və ilk həftəsi körpənin gələcək sağlamlığı üçün həlledici mərhələ hesab olunduğundan, bu dövrdə aparılan müşahidə və tibbi müdaxilələr xüsusi əhəmiyyət daşıyır. Həkimlər körpələrin fizioloji və metabolik xüsusiyyətlərini nəzərə alaraq, onların tam və sağlam inkişafını dəstəkləyən effektiv tibbi strategiyalar tətbiq edirlər.

Neonatologiya şöbəsi müasir tələblərə cavab verən doğum otağı, yenidoğulmuşların fizioloji baxım, reanimasiya və intensiv terapiya otaqları ilə təchiz olunub. Sağlam yenidoğulmuşlar üçün nəzərdə tutulan müayinə paketinə pediatr, kardioloq, nevropatoloq və oftalmoloq müayinələri, ürəyin exokardioqrafiyası, baş beynin ultrasəs müayinəsi, qanın ümumi analizi, qan qrupu və rezus faktorunun, eləcə də total bilirubinin müəyyən edilməsi daxildir.

Neonatologiya şöbəsinin yüksəkixtisaslı tibb personalı yenidoğulmuşlara 24/7 rejimində ilkin neonatoloji yardımdan başlayaraq reanimasiya və intensiv terapiya xidmətlərinə, eləcə də kompleks tibbi yanaşma çərçivəsində geniş spektrli müalicə və müşahidə xidmətləri göstərir. Xatırladaq ki, 2025-ci ildə Mərkəzi Gömrük Hospitalında dünyaya gələn üçəm körpələrə yüksəkixtisaslı tibbi heyət tərəfindən beynəlxalq klinik protokollara uyğun olaraq doğulduqları ilk andan etibarən fasiləsiz neonatoloji nəzarət və kompleks tibbi yardım göstərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Yanvar 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri