Mərmərə dənizi yaxın gələcəkdə məhv ola bilər
Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin Mərmərə dənizi çirkab sularının qeyri-kafi təmizlənməsi səbəbindən yaxın gələcəkdə məhv ola bilər.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Dəniz Tədqiqatları Fondunun sədri və İstanbul Universitetinin professoru Bayram Öztürk deyib.
Onun sözlərinə görə, Mərmərə bölgəsindəki çirkab sularının təmizlənməsi qurğularının təxminən 50%-i işlək vəziyyətdədir, qalan çirkab suları isə lazımi qaydada təmizlənmədən dənizə axır. Alim qeyd edib ki, bu, oksigen çatışmazlığını daha da artırır və ekosistemə təhlükə yaradır.
Öztürk, Mərmərə dənizinə qeyri-kafi emal olunmuş tullantıların atılmasının nəticələri barədə danışarkən xəbərdarlıq edərək bildirib ki: "Bu, dənizin yaxın gələcəkdə öləcəyi deməkdir".
Alim, hətta bir litr təmizlənməmiş məişət və ya sənaye tullantılarının Mərmərə dənizinə daxil olmasının qarşısını almağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 07 Sentyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















