Mert Çelik Belarusa məğlubiyyətə görə üzr istəyib: “Çox məyusuq”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Milli komandamızın müdafiəçisi Mert Çelik dünən yoxlama oyununda Belarusa 0:2 hesabı ilə uduzduqları oyundan sonra Azərbaycan xalqından üzr istəyib.
İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, “Səbail”in müdafiəçisi jurnalistlərə açıqlamasında bu matçda da azarkeşləri sevindirə bilmədikləri üçün məyus olduğunu deyib.
O vurğulayıb ki, ən azından heç-heçə etmək istəyində olublar: "Çalışırdıq ki, ən pis halda məğlub olmayaq. Təəssüf ki, alınmadı. Buna görə xalqımızdan üzr istəyirik. Onları yenə də sevindirə bilmədiyimiz üçün çox məyusuq”.
O, Belarusla matçda yenilgiyə layiq olmadıqlarını bildirib: “Çox məyusuq. Bununla belə, irəli baxmaq lazımdır. Mütləq toparlanıb, gücümüzü göstərməliyik. DÇ-2026-nın seçmə mərhələsi öncəsi yayda daha iki yoxlama matçı keçirəcəyik. Ümid edirəm ki, o vaxta qədər çatışmayan cəhətlərimiz üzərində çalışıb, Latviya və Macarıstanla görüşlərə daha yaxşı vəziyyətdə çıxacağıq”.
Azərbaycan yığmasına uzun fasilədən sonra dəvət alan Çelik qarşıdakı matçlarda da millinin formasını geymək üçün əlindən gələni edəcəyini vurğulayıb: “5 illik fasilədən sonra Azərbaycan millisinə dəvət aldım. Hər zaman hazır olmağa çalışıram. İnanıram ki, gələcəkdə yenə də bu formanı geyinəcəyəm. Azərbaycan mənim ikinci deyil, birinci vətənimdir".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 26 Mart 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















