Icma.az
close
up
RU
Mert Çelik: Fernandu Santuşun təcrübəsindən yararlanmaq bizim üçün çox önəmlidir

Mert Çelik: Fernandu Santuşun təcrübəsindən yararlanmaq bizim üçün çox önəmlidir

Icma.az, Apasport saytına istinadən bildirir.

“Səbail” və Azərbaycan milli komandasının müdafiəçisi Mert Çelik apasport.az saytına müsahibə verib.

- “Səbail” son matçda "Kəpəz"lə qarşılaşdı və görüş 1:1 hesabı ilə bitdi. Matç sizin üçün necə alındı? Yəqin ki, davam və ya tamam matçı idi. 1 xal sizi razı saldı?
- Bu oyuna yaxşı hazırlaşmışdıq. “Kəpəz”lə görüşdə meydana üç xal qazanmaq üçün çıxmışdıq. Ancaq təəssüf ki, bir xalla kifayətləndik. Hər halda, yarış davam edir, qarşıda matçlarımız var. İnanıram ki, bu yarışda qazanan tərəf biz olacağıq. Yaxşı komandamız var və sona qədər mübarizəmizi aparacağıq.

- “Kəpəz"lə görüşdə niyə qələbə qazana bilmədiniz? Sanki 1:1-dən sonra "Səbail" daha çox hesabı qorumaq istədi?
- Əslində, daha çox qol epizodları yaradan tərəf biz idik. Sadəcə son ötürmələrdə tələsirdik. Bir az diqqətli olsaydıq, “Kəpəz”lə görüşdə qələbə qolunu vura bilərdik. Təəssüf ki, bu, alınmadı.

- İctimaiyyətdə "Səbail" əsas rəqibini məğlub edə bilməyəcəksə, Premyer Liqada necə qalacaq” fikri yayılıb. Səncə, əsas rəqibinizi məğlub edə bilməsəz də, digər rəqibləri qarşıdakı turlarda üstələyə biləcəksiz?
- Hər oyunun hekayəsi var və hər matç da digərlərindən fərqlidir. “Kəpəz”lə görüşdə qalib gəlsəydik, liqada qalmayacaqdıq, uduzsaydıq da, liqadan düşməyəcəkdik. Ona görə də həmin görüş artıq geridə qaldı. Qarşıdakı matçlara konsentrasiya olacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq. 

- “Səbail” növbəti turda "Turan Tovuz"la qarşılaşacaq. Bu komanda ilə evdə 1:1 oynamışdınız. Səncə, bu dəfə onları məğlub edə biləcəksiniz? Mental olaraq özünüzü hazır hesab edirsiz?
- Mən komandama inanıram. Komanda şəklində oynadığımız zaman qazana biləcəyimizi düşünürəm. Öz meydanımızda da üç xal üçün oynayacağıq. Həftəboyu hazırlaşacağıq. Ən yaxşı nəticə üçün mübarizə aparacağıq.

- Baş məşqçi dəyişikliyi komandaya, futbolçulara necə təsir edir? Elvin Məmmədovdan sonra kollektivdə hansısa dəyişiklik var?
- Elvin Məmmədovu onsuz da yaxından tanıyırdıq. Onun taktikasını da hamımız bilirdik. Bu mənada, ona və oyun taktikasına uyğunlaşmağımız da çox qısa çəkdi. Millidən sonra Elvin Məmmədovla üç məşq etdik. Qısa zamanda həm mən, həm də komanda yoldaşlarımla taktikanı başa düşdük.

- Azərbaycan milli komandasına da dəvət edilmişdin. Əslində, sənin performansın əksəriyyət tərəfindən yaxşı qarşılandı və hətta matçdan sonra durumu dərk edərək, üzrxahlıq etməyin də müsbət qarşılandı. Ümumiyyətlə, milli məsələsini və uğursuzluğu necə dəyərləndirirsən?
- A millidə oynamaq, o forma ilə meydançaya çıxmaq inanılmaz duyğudur. Allah qoysa, uzun illər bu ölkəyə xidmət edərəm. Azərbaycan millisini haqq etdiyi yerlərə daşımaq bizim işimiz və üzərimizə düşən missiyadır. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınar.

- Necə düşünürsən, Azərbaycan millisi həqiqətən gələcək üçün perspektiv vəd edir? Fernandu Santuşla nəsə əldə edə biləcəksiz?
- Fernandu Santuş çox böyük məşqçidir. Onun təcrübəsindən yararlanmaq bizim üçün çox önəmlidir. Allah qoysa, uğurlu nəticələr qazanaraq, ölkəmizi də sevindirəcəyik. Buna çox inanıram.

- Yeni mövsüm Premyer Liqada legioner limiti olmayacaq və yerli futbolçular buna görə narahatdırlar. Məsələn, elə futbolçular var ki, onlar üçün limitin olub-olmaması problem deyil. Yəqin ki, sən də düşünürsən ki, limit olmasa da, Premyer Liqada özünə klub tapacaqsan?
- Limit söhbəti məncə, önəmlidir. Çünki xarici futbolçularla rəqabət aparmaq məcburiyyətindəyik. Bu, həm bizi inkişaf etdirir, həm də oynadığımız komandaları yuxarılara aparır. Mənim bununla bağlı hansısa qorxum yoxdur. Yaxşı olan onsuz da oynayacaq. Mən hər zaman performansımı yüksək tutmaq üçün çalışmağa davam edəcəm.

Zümrüd Ağayeva UEFA Millətlər Liqası oyununda Yüksək Liqa: XIII turun təyinatları AFFA "Neftçi"ni cərimələdi Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək "Qarabağ"da yol ayrımı: daha bir legioner Avropa yolunda
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://apasport.az
archiveBu xəbər 01 Aprel 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri