Icma.az
close
up
RU
Mert Çelik: “Sadəcə bir qələbə qazansaydıq…”

Mert Çelik: “Sadəcə bir qələbə qazansaydıq…”

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Azərbaycan milli komandasının müdafiəçisi Mert Çelik Apasport.az saytına müsahibə verib.

- Azərbaycan millisində iki oyun keçirdiniz. Latviya (0:0) və Macarıstan (1:2) görüşlər keçirdiniz. Bu matçlarda millinin performansını necə dəyərləndirirsən?
- Millinin matçlarında meydanda ruhumuzu sərgilədiyimizi düşünürəm. Sadəcə oyunu qazanmaq üçün qol və ya qolları vura bilmədik. Ancaq sona qədər mübarizə aparıb, meydanda ürəyimizi qoymağa davam etsək, ölkəmizdəki hər bir insanı sevindirəcəyimizi düşünürəm.

- Səncə, nəyə görə milli komanda qalib gələ bilmir? Çatışmayan nədir?
- Daha diqqətli olmalıyıq ki, qalib gələk. Mən də çox inanıram. Son toplanışda keçirdiyimiz oyunu inkişaf etdirsək, qələbələr üst-üstə gələcək. 

- Millinin veteran futbolçuları bildirir ki, yığma komandada milli ruh çatışmır. Bu fikirlərlə razısan?
- Təbii ki, futbol veteranlarımızın dediklərinə diqqət edirik. Onlar da bu milli formanı geyiniblər. Bizlərin örnək aldığı insanlardır. Milli ruhumuzu, ürəyimizi daha da çox meydanda qoymalıyıq. Hər birimiz qalib gəlməyi çox istəyirik, inanın. İnanıram ki, qələbələr gələcək.

- Milli komanda qarşıdakı aylarda dünya çempionatının seçmə mərhələsi çərçivəsində Fransa ilə qarşılaşacaq. Həmin görüşdə millidən hansı nəticəni gözləmək olar?
- Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Hər şeyi edəcəyik.

- Formasını geyindiyin "Səbail" bu mövsümün yekunlarına görə liqadan düşdü. Səncə, nəyə görə bu cür nəticə qeydə alındı?
- "Səbail" olaraq Premyer Liqadan düşməyə layiq deyildik. Daha çoxuna layiq idik. Orada çalışqan, çox yaxşı insanlar var. Sadəcə bir qələbə qazansaydıq, hər şey bizim üçün çox daha yaxşı olacaqdı. Allah qoysa, qarşıdakı ildə "Səbail" yenidən Premyer Liqaya qayıdacaq.

- Yeni mövsümə hansı komandada başlayacaqsan? "Səbail"in heyətində birinci liqada oynamağın mümkündür, yoxsa Avropaya yollanacaqsan?
- Hazırda konkret bir qərar verməmişəm. Gələn təklifləri dəyərləndirirəm. Karyeram üçün ən yaxşı təklifi qəbul edib, orada davam edəcəm.

- 2025/2026 mövsümündən Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Bunun Azərbaycan futboluna mənfi, yoxsa müsbət təsiri olacaq? 
- Bu qanunla bağlı şərh verməyim doğru olmazdı. Çünki mən futbolçuyam. Meydançada işimi yerinə yetirməliyəm. Onun üçün də nə qərar verilibsə, Allah qoysa, Azərbaycan futboluna müsbət mənada təsiri olar.

"Qarabağ" Benzianın boşluğunu onunla doldurur - HƏMİN BALLESTERO KİMDİR? "Qəbələ"nin yay hazırlıq planı bəlli olub "Neftçi"nin istədiyi yarımmüdafiəçi üçün 500 min avro AFFA iki kluba texniki məğlubiyyət verib "Araz-Naxçıvan" Almaniya millisinin sabiq üzvünü transfer etdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://apasport.az
archiveBu xəbər 17 İyun 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri