Merts Avropa üçün yeni təhlükəsizlik arxitekturasının yaradılmasının tərəfdarıdır
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniya kansleri Fridrix Merts Avropa üçün yeni təhlükəsizlik arxitekturasının yaradılmasının və daha çox Almaniya və Avropa maraqlarına yönəlmiş praqmatik xarici siyasətin həyata keçirilməsinin tərəfdarıdır.
"Report" xəbər verir ki, o, bunu Almaniya səfirlərinin ölkə XİN-də keçirilən konfransında deyib.
"Qarşımızda prinsipial, demək olar ki, tarixi vəzifələr durur - hər şey yaxşı olsa, bir neçə onillik ərzində etibarlı şəkildə mövcud olacaq yeni təhlükəsizlik arxitekturası yaratmaq", - F.Merts bəyan edib.
Kansler iddia edib ki, "ABŞ ilə münasibətlər dəyişir", Ümumdünya Ticarət Təşkilatı (ÜTT) kimi qurumlar isə işləmir. "Biz etiraf etməliyik ki, məsələn, ÜTT hazırda fəaliyyət göstərmir və artıq əvvəlki rolunu yerinə yetirə bilmir", - o bildirib və bu kontekstdə BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının tərəfdarı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 08 Sentyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















