Merz ünsiyyət tərzinə yönələn tənqidləri rədd edib
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, ZDF telekanalına müsahibəsində Merz deyib ki, mediada əsasən onu tənqid edənlərin fikirlərinə yer verilir, halbuki onun mövqeyini dəstəkləyən çox sayda insan var.
Kansler vurğulayıb ki, heç vaxt insanları tənbəllikdə ittiham etməyib. Onun sözlərinə görə, sadəcə Almaniyada işlənən saatların sayının kifayət qədər olmadığını və bunun ölkənin məhsuldarlığına, eləcə də iqtisadi göstəricilərinə mənfi təsir göstərdiyini ifadə edib.
"Problemi təsvir etməyə və onun həlli yollarını təklif etməyə çalışıram. Bunu isə yalnız vətəndaşlarla birlikdə etmək mümkündür", – deyə Merz bildirib.
O əlavə edib ki, həkimlərin, tibb işçilərinin, qocalar evlərində çalışanların və digər peşə sahiblərinin zəhmətini yüksək qiymətləndirir. Bununla yanaşı, Almaniyanın ümumi məhsuldarlığını artırmasının zəruri olduğunu vurğulayaraq əvvəlki fikrinin arxasında qaldığını deyib.
Merz daha əvvəl almanları daha çox işləməyə çağırmış, İsveçrə sakinlərinin ildə orta hesabla almanlardan 200 saat artıq çalışdıqlarını bildirmişdi.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:218
Bu xəbər 19 İyul 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















