Icma.az
close
up
RU
Məsafədən işləyənlərin əməyinin mühafizəsi necə təmin olunacaq? RƏSMİ CAVAB

Məsafədən işləyənlərin əməyinin mühafizəsi necə təmin olunacaq? RƏSMİ CAVAB

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Son günlər aktual olan məsələlərdən biri də məsafədən işin tətbiqi ilə bağlıdır.

Ekspertlər bu sahənin üstünlükləri ilə yanaşı problemlərinin də olduğunu bildirirlər.

Məsələ ilə bağlı “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Əmək Məcəlləsinə (ƏM) edilən iki əlavə haqqında qısa olaraq qeydlər təqdim edib.

Sahib Məmmədov bildirir ki, birinci dəyişiklik məsafədən iş:

"Bu əlavə olsa da olmasa da artıq tətbiq olunur. Amma özəl sektorda. Dövlət sektorunda tətbiq üçün də yəqin əlavə qaydalar tələb olunacaq. Problem ayrı məsələdədir.

Məsafədən işləyənlərin əməyinin mühafizəsi necə təmin olunacaq?

Məsafədən (distant) işə cəlb etmə zamanı işəgötürən ƏM Əməyin Mühafizəsi böllməsinin tələblərini necə təmin edəcəklər? 

İşəgötürən işçinin sağlamlığına dəyən zərərə görə məsuliyyət daşıyır, o cümlədən maddi məsuliyyət. Amma o bu məsuliyyətinə görə həm də əməyin mühafizəsini təmin etməlidir. İş yerində əlverişli və ədalətli əmək şəraiti yatmalıdır. Teniki təhlükəsizlik qaydalarını təmin etməlidir. Məsafədən iş zamanı bunu etmək mümkün deyil.

Məsafədən işləyən işçini işəgötürən istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri halıdan icbari sığorta etməlidir. Etməsə böyük cərimə ödəməlidir (hüquqi şəsxlər 5000 manat). Tutaq ki, edib. 

Şəxs məsafədən əmək funksiyasını yerinə yetirərkən xəsarət alıb sağlamlığını itirsə və ya bu səbəbdən həlak olasa bu sığorta hadisəsi sayılacaqmı? Sığorta şirkəti bunu heç bir halda qəbul etməyəcək.

Çünki biri öz şəxsi avtomobilində gedə-gedə əmək funksiyasını yerinə yetirirsə (tutaq ki, pesonal sürücüsü avtomobili idarə edir, o da kompüterdə əmək funksiyasını yerinə yetirir). və bu zaman avtoqəza baş verisə və işçi xəsarət alırsa və ya aldığı xəsarətdən vəfat edirsə bunu heç bir sığorta şirkəti sığorta hadisəsi saymayacaq. Evində işləyəndə də həmçinin".

Ekspert qeyd edir ki, ikinci Əmək Məcəlləsinin 47-ci maddəsinə belə bir bənd əlavə olunur:

"Təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda"onlarla müddətli əmək müqaviləsi bağlanır. Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə" Qaydasında da göstərilir ki, "Təcrübə müddətində işəgötürənlə tələbə arasında müddətli əmək müqaviləsi bağlanıla bilər. Bu halda işəgötürən tərəfindən qanunvericiliyə uyğun olaraq, təcrübə keçən tələbəyə əməkhaqqı ödənilir və icbari ödənişlər edilir".

Praktikada isə bu mümkün olmur. Əmək Müqavilələri Alt Sistemində hər bir müəssənin ştat cədvəli yerləşdirlir. Ondan kənara çıxıb yeni müqavilələri necə bağlayacaqlar? Tutaq ki, özəl sektor bunu edə bildi (Ştat cədvəlin müvəqqəti dəyişdi və s.) bəs dövlət sektoru? Tələbələri təcrübəyə qəbul edən əsas dövlət sektorudur. Büdcədən maliyyələşən təşkilatlar bunu edə bilməyəcək, hətta onlara təhsil müəssəsi vəsait ödəsə belə.

Hər iki məsləni tənzimləmək üçün əlavə qanunvericilik aktları qəbul olunmalı, yaxud mövcud qanunvericiliyə dəyişiklik və əlavələr edilməlidir. Amma bunun da problemi əsaslı həll edəcəyinə ümid azdır".

Əmək Məcəlləsinə ediləcək dəyişikliklə tətbiq olunacaq məsafədən iş zamanı şəxs əmək funksiyasını yerinə yetirərkən xəsarət alıb sağlamlığını itirirsə, bu sığorta hadisəsi sayılacaqmı?

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən “Cebheinfo.az”-a bildirilib ki, Əmək Məcəlləsinə məsafədən işlə bağlı dəyişiklik hələ qəbul edilməyib:

“Qanun qəbul edildikdən sonra məsələ qanunvericiliyə uyğun tənzimlənəcək”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Məsafədən işləyənlər Dövlət Əmək Müfəttişliyi Xidməti

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri