Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Müəllim əməyinin qiymətləndirilməsində yeni mərhələ

Müəllim əməyinin qiymətləndirilməsində yeni mərhələ

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ümumi təhsil haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, pedaqoqların əməkhaqqısının dərs saatına deyil, iş saatına görə müəyyənləşdirilməsi nəzərdə tutulur. Yeni yanaşma müəllim əməyinin yalnız sinifdə keçilən dərslərlə deyil, həm də dərsə hazırlıq, şagirdlərin qiymətləndirilməsinə, metodik fəaliyyət və peşəkar inkişafla bağlı sərf olunan zamanla ölçülməsinə hesablanıb. Bu həm də müəllim peşəsinin sosial statusunun və nüfuzunun yüksəldilməsinə yönəlmiş addımdır. Çünki əvvəlki sistemdə pedaqoqların gəlirləri əsasən dərs yükündən asılı idi və bu, bir çox hallarda real əməyin tam şəkildə dəyərləndirilməsinə imkan vermirdi. Yeni model isə müəllim əməyini daha ədalətli və şəffaf əsaslarla qiymətləndirməyə şərait yaradacaq.

Təhsil eksperti Səbuhi Abdullayev deyir ki, müəllimlərə saat hesabı ilə deyil, vəzifə maaşı formasında əməkhaqqı verilməsi məqsədəuyğun sayılır. Müəllimə müəyyən sayda dərs saatı ayrılacaq və həmin saatlardan asılı olmayaraq sabit vəzifə maaşı təyin olunacaq. Bu da müəllimlərin maaşlarının artmasına imkan yaradacaq. Sözügedən addımın çoxdan atılması lazım idi, sadəcə indi bu məsələlər üzərində ciddi düşünülür. Müəllimlər orta məktəblərdə bir vəzifə kimi təyin olunduqda onların maaşları da əhəmiyyətli dərəcədə artacaq. Bilirik ki, müəllim cəmiyyətə hərtərəfli - həm sosial, həm iqtisadi, həm də mənəvi baxımdan təsir göstərir. Buna görə də müəllim əməyinin daha yüksək qiymətləndirilməsinə böyük ehtiyac var.

Təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, Azərbaycanda müəllim əməyinin qiymətləndirilməsində yeni mərhələ başlayır. Məqsəd müəllimlərin əməyini ədalətli və rəqabətə əsaslanan sistemlə qiymətləndirməkdir. O bildirib ki, hazırda bir çox müəllim yalnız dərs saatına görə maaş alır: "Bu, onların fəaliyyətini məhdudlaşdırır və məktəb həyatından uzaqlaşdırır. Yeni model isə müəllimin ümumi fəaliyyətini, dərs demək, metodik hazırlıq, layihə və tədqiqat işlərini nəzərə alacaq. Bu, müəllim peşəsinin nüfuzunu artıracaq və dünya təcrübəsinə uyğun bir addımdır. Nazir bildirib ki, yeni sistem məcburi deyil, müəllimlər seçim azadlığına malik olacaqlar. Bu, keçid dövrünü asanlaşdıracaq və peşəkarlığın artması üçün stimul yaradacaq".

Ekspert qeyd edib ki, yeni modeldə yalnız sertifikasiyada yüksək nəticə göstərən müəllimlər iştirak edə biləcək: "Kim daha bacarıqlıdırsa, o, daha yüksək maaş və şərait qazanacaq. Hazırda hər dörd müəllimdən biri cəmi 13 saat dərs deyir ki, bu da resursların səmərəsiz istifadəsinə səbəb olur. Yeni sistemdə 18-24 saatlıq dərs yükü müəllimə sabit gəlir, məktəblərə isə daha səmərəli planlaşdırma imkanı yaradacaq. Bu yanaşma Finlandiya və Estoniya kimi ölkələrin təcrübəsinə uyğundur. Orada müəllim dərs deməklə yanaşı, öz inkişafına və şagirdlərlə əlavə fəaliyyətlərə də vaxt ayırır. Düzgün tətbiq edilərsə, bu sistem müəllimlərin motivasiyasını və sosial sabitliyini artıracaq, təhsildə keyfiyyət dəyişikliyi yaradacaq. Müəllimlik sadəcə iş yeri deyil, peşəkar karyera yoluna çevriləcək".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəylinin sözlərinə görə, ənənəvi sistemdə müəllimlərin əməkhaqqısı onların həftəlik dərs yükünə, yəni sinifdə keçirdiyi saatların sayına görə hesablanırdı: "Bu model müəllimin məktəbdə sərf etdiyi əlavə vaxtı şagirdlə fərdi işi, qiymətləndirmə, valideynlərlə ünsiyyət, metodik hazırlıq, tədris resurslarının hazırlanması və məktəbin ictimai həyatında iştirakı kimi fəaliyyətləri nəzərə almırdı. İş saatına əsaslanan sistem isə müəllimlik peşəsini kompleks fəaliyyət kimi qəbul edir. Bu modeldə müəllimin sinifdə keçirdiyi dərs yalnız ümumi iş vaxtının bir hissəsini təşkil edir. Digər hissə isə məktəb həyatına, planlaşdırmaya və sosial-psixoloji işə yönəlir".

Yeni sistem əməyin real yükünə və keyfiyyətinə uyğun dəyərləndirməni təmin etməyə yönəlir: "Müəllimlik fəaliyyəti çoxşaxəli və məsuliyyətli bir peşədir. Dərsdə keçilən 45 dəqiqəlik prosesin arxasında bəzən bir neçə saatlıq hazırlıq dayanır. Mövcud sistemdə bu hazırlıq prosesi əməkhaqqı ilə ölçülmədiyindən müəllimlərin motivasiyası azalır, iş yükü ilə gəlir arasında müəyyən disbalans yaranır. Əməkhaqqının iş saatına görə müəyyən edilməsi bu disbalansı aradan qaldıra, müəllimə ədalətli qiymət verə bilər. Bu, həmçinin, müəllim peşəsinə marağın artmasına, kadr axınının azalmasına, tədris keyfiyyətinin yüksəlməsinə və ən əsası, müəllim nüfuzunun güclənməsinə səbəb ola bilər".

Təhsil eksperti Qoşqar Məhərrəmov hesab edir ki, indiyədək müəllimlər yalnız dedikləri dərs saatının maaşını alırdılar. Buna görə də bu, müəyyən məbləğlərlə hesablanırdı. Amma indi düşünürəm ki, əgər bir müəllim həftədə 40 saat məktəbdə olarsa və tutaq ki, bunun da hər saatı 30 manat olaraq qiymətləndirilərsə, deməli, həmin müəllim 1200 manat maaş alacaq. Bu gün Azərbaycanın mövcud şəraitində 1200 manat əməkhaqqı üçün normal məbləğ hesab olunur. Yeni sistemə keçidlə müəllimlər repetitorluq və məktəbdə çalışmaq arasında seçim etməli olacaqlar. Əlbəttə, repetitorluqla bundan daha çox qazanan müəllimlər də var. Onlar artıq seçim etməli olacaqlar: ya məktəbi, ya da repetitorluğu seçəcəklər. Məktəbə gəlib bir neçə saat dərs deyib, sonra repetitorluğa qaçmaq, əlbəttə, yaxşı hal deyil. Buna görə də düşünürəm ki, ümumilikdə bu formada keçid məktəb sisteminə müsbət təsir göstərəcək. Əlbəttə, məktəblərdə şəraitin yaxşılaşdırılması, müəllimlər üçün ofis şəraitinin yaradılması, lazımi tədbirlərin görülməsi və məktəb rəhbərliyinin müəllimlərin gündəlik 8 saatlıq işini düzgün təşkil etməsi bu proses üçün çox vacib məsələlərdəndir. Digər idarələrdə əmək müqaviləsi ilə çalışan insanlar həftədə 40 saat işləyirlər. Müəllimlər də eyni qaydada 40 saat işləyəcək və bunun qarşılığında maaş alacaqlar. Əlbəttə, 40 saatlıq iş yükü olmayan məktəblər, bəlkə də, müəllimləri yarımştatla işə götürəcək. O zaman onlar 20 saat işləyəcək və buna uyğun maaş alacaqlar. Mənim hazırkı proqnozum bundan ibarətdir".

Təhsil eksperti Ramin Nurəliyev bildirib ki, konkret bir iş saatı olmalıdır və həmin iş saatına uyğun əmək fəaliyyəti həyata keçirilməlidir. Necə ki, digər sahələrdə işə başlama və bitmə saatı mövcuddur, eyni qayda ilə təhsil müəssisələrində də olmalıdır. Yəni müəllim sadəcə dərsini deyib, çıxıb getməməlidir. Təbii ki, bununla yanaşı, əməkhaqqı da artırılmalıdır.  Bu proses beynəlxalq təcrübədə də belədir. Məsələn, Türkiyədə müəyyən iş rejimləri var: müəllimin 20 saat dərsi varsa, əməkhaqqısı da ona uyğun ödənilir. Bizdə də bu tətbiq edilə bilər. Təbii ki, təhsilin inkişafı istiqamətində atılan müsbət addımdır: "Bu tətbiqin mühüm üstünlüyü var. Tutaq ki, iki Azərbaycan dili müəllimindən birinin səhhətində problem yaranıb və dərs keçə bilmir. Bu halda həmin müəllimin boş dərsinə niyə başqa fənn müəllimi girməlidir? Bəlkə həmin müəllimin öz dərsi olub və çıxıb gedib. Bu halda dərs boşmu qalmalıdır? Bir var tarix dərsini idman müəllimi keçsin, yaxud laborant dərsə daxil olsun; bir də var həmin fənnin müəllimi gəlib dərsi keçsin. Bu, daha doğru olmazmı? Ona görə də düşünürəm ki, bu metod daha səmərəlidir. İnkişaf etmiş ölkələrin təhsil sisteminə baxsaq görərik ki, müəllimin konkret olaraq dərs saatına gəlib-getməsi praktikası yoxdur. Müəllimin müəyyən edilmiş iş günü var. Məsələn, müəllimin 1-ci, 2-ci və 3-cü saatı boş olsa belə, iş saatı başladığı andan məktəbdə olmalıdır. Sistem belə işləyir. Bizdə də bu modelin tətbiqi vacib idi. Yəqin ki, proses bu formaya keçir. Şəxsən mən bu modeli dəstəkləyirəm. Əlbəttə, bu, müəyyən narazılıqlara səbəb olacaq. Bu narazılıqları aradan qaldırmaq üçün müəllimlərin əməkhaqları nəzərə alınmalıdır. Əməkhaqqı kifayət qədər yüksək olarsa, hesab edirəm ki, bu model yaxşı nəticə verəcək. Müəllimlərin əməkhaqqısının yaxşı olması təhsil sisteminin ümumi səviyyəsinin də yüksəlməsinə səbəb olacaq".

Təhsil eksperti Elşən Qafarov vurğulayıb ki, müəllimlərin maaşının dərs saatına deyil, iş saatına uyğunlaşdırılması adi bir təklif deyil. 2025-ci ildə bir neçə dəfə bu məsələ qaldırılıb. Hətta elm və təhsil naziri Emin Əmrullayev brifinqlərinin birində demişdi, nə qədər ki, müəllimlərin iş saatı ilə əməkhaqqını ölçməyəcəyik, problemlərimiz olacaq. Dərs saatı azalıb-artanda isə o müəllimin taleyi ilə bağlı addım atmaq olmur: "Demək olar, postsovet - MDB məkanından başqa, bütün ölkələrində müəllim ştatı var. Bəzi ölkələrdə 12, bəzilərində 14, bəzilərində isə 16 saat müəllimin dərs saatına - ştat vahidinə daxildir. 12, 14, 16 saatdan əlavə dərs aparırsa, bu, hal-hazırkı vəziyyətdə əlavə əməkhaqqı alır. Amma reallıq ondan ibarətdir ki, bizdə bu iş necə qurulacaq? Təxmini hesab etmək olar ki, 18 saat bir ştat müəyyən oluna bilər, ştat yarım 27 saat müəyyən oluna bilər. Yarım ştatda isə 9 saat müəyyən olunacaq. İstənilən halda təhsil müəssisələrində nizam-intizam qaydalarının yaradılması, müəllimlərin iş yerlərinə olan münasibətinin dəyişməsi üçün müsbət addımdır və düşünürəm ki, tətbiq etsələr, orta təhsil məktəbində iş rejiminin qurulması üçün ciddi dəyişiklik olacaq".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri