Icma.az
close
up
RU
Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi qaydasında dəyişiklik

Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi qaydasında dəyişiklik

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi qaydasında dəyişiklik edilib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla qaydada aşağıdakı dəyişikliklər edilib:
1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində bu Qaydanın 4-cü hissəsi ilə müəyyən edilmiş hallarla bağlı meşə təsərrüfatına dəyən zərər və itkilər tam şəkildə ödənilməlidir.”.
2. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
“4. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində meşə təsərrüfatına dəyən zərər və itkilər Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli, “Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında” 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarları və 2000-ci il 15 mart tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşələrin iqtisadi qiymətləndirilməsinin Metodikası”na uyğun olaraq tənzimlənir.”.
3. 5-ci hissə aşağıdakı məzmunda verilsin:
“5. Bu Qaydanın 4-cü hissəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilərə görə hesablanmış məbləğin təqsirkar fiziki və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ziyanın miqdarı ilə bağlı qərar (hesabat sənədi ilə birlikdə) təqsirkar olan fiziki və hüquqi şəxslərə şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Meşə təsərrüfatına dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki və hüquqi şəxslər üçün məcburidir, bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see184

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see154

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see142

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see141

Məcburi köçkünləri təhqir etdiyi üçün işindən azad edildiyi deyilən aparıcıdan AÇIQLAMA

12 Sentyabr 2025 00:00see139

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see136

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see133

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see130

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see129

İpoteka ilə alınan evlərin satılmasına icazə verilir? Əgər bu şərtlər varsa… KONKRET

12 Sentyabr 2025 19:03see129

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see127

Heç vaxt icazə verməyəcəyik ki, bir əsgər belə... Salvini

12 Sentyabr 2025 01:45see126

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see126

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see125

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see122

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see121

ABŞ Konqresində UNO dinləmələri

12 Sentyabr 2025 01:19see116

Bellinqem nə vaxt geri dönür? Real oktyabra kimi...

12 Sentyabr 2025 01:13see116

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see115

Yaponiya bu ölkələrə “F 15” döyüş təyyarələri göndərəcək

12 Sentyabr 2025 16:19see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri