Icma.az
close
up
RU
Meşəli 34 il öncə: 28 nəfərin qətli, diri diri yandırılan polislər, işğalın başlanması

Meşəli 34 il öncə: 28 nəfərin qətli, diri diri yandırılan polislər, işğalın başlanması

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün böyük bir qətliamın ildönümüdür.

Turkistan.az xəbər verir ki, düz 34 il əvvəlin bu günü, səhər saatlarında, yaradılışdan terrora köklənmiş erməni işğalçıları Xocalı rayonunun Meşəli kəndinə iki zirehli transportyor, bir piyadaların döyüş maşını, üç "Qaz-66" və dörd "UAZ" avtomobilindən istifadə etməklə hücuma keçdi və dünyanı sarsıdan qətliam törətdilər.

23 dekabr 1991-ci ildə silahsız, köməksiz qalmış kənd sakinləri erməni qəsbkarları tərəfindən amansızlıqla öldürüldü.

Sual oluna bilər ki, kənd camaatı niyə qəsbkarlara qarşı mübarizəyə girmədilər? Çünki hadisədən bir neçə gün əvvəl bölgədəki erməniyə satılmış rusiyalı komandanlıq kənd camaatının ov tüfənglərini əllərindən almışdı. Ona görə də silahsız qalmış camaat ermənilərə müqavimət göstərə bilmirdi. Köməksiz , silahsız Meşəli camaatı terrorçu vəhşilərdən qorunmaq üçün meşələrə üz tutsa da erməni silahlıları, xüsusən "Böyük Tiqran" və "Sasunlu David" quldur dəstələri onları təqib edir, yaxalayaraq işgəncələrə məruz qoyur, ya da vəhşicəsinə öldürürdülər. Evlərə, tövlələrə, ot tayalarına od vuran cəlladlar , qətliamda 28 nəfər günahsız insanı şəhid etdilər, 14 nəfəri isə yaraladılar. Qətliamda Meşəli kəndində 5,496,900 manat məbləğində maddi ziyan vurulub.

(Bəlkə də adıgedən dəstələrin üzvləri hazırda Azərbaycan benzinindən istifadə edərkən bizə gülürlər )

Hadisə şahidi Mikayıl Nurməmmədov Meşəli qətliamı zamanı ata və anasının, eyni zamanda 11 qohumunun ermənilər tərəfindən qətlə yetirildiyini mediaya ürək ağrısı ilə bildirmişdi:

“Mən o zaman özünümüdafiə batolyonundaydım. Kəndin müdafiəsində dayandıq. Atam Hüseyn kişi də ermənilərə qarşı vuruşurdu. İlk yaralı mənim atam oldu. Onu bacısı oğlanları xəstəxanaya çatdırmaq istəyəndə ermənilər kəndin çıxacağında pusquya salıb maşını güllələmişdilər. Əli, Nadir, atam və anam elə maşındaca şəhid oldular. Əli ilə Nadir qəhrəmancasına döyüşürdülər. Qeyri-bərabər qüvvələrlə vuruşurduq”.

Meşəli kəndi həmin gün Şuşa və Xocalıdan köməyə gələn qüvvələr tərəfindən azad edilsə də, bir ay sonra yenidən erməni hücumlarına məruz qalıb və işğal olunub. Meşəlinin kəndinin 358 sakini didərgin düşüb, kənd tamamilə yandırılaraq məhv edilib.

Mühasirədə qalan dinc sakinlərə yardım etməyə gedən, Meşəli polis bölməsinə Ağdam rayon polis (keçmiş milis) şöbəsindən ezam olunmuş, həmin şöbənin kiçik serjantları – 19 avqust 1970-ci il təvəllüdlü Rüstəmov Hidayət Eldar oğlu, 06 iyun 1969-cu il təvəllüdlü Ağayev Faiq Alış oğlu (Hər iki polisə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib).

Azərbaycan Silahlı Qüvvələrinin 701 (keçmiş 18110) N saylı hərbi hissəsinin hərbi qulluqçuları, 13 oktyabr 1964-cü il təvəllüdlü leytenant Eyyubov Kamil Baba oğlu, 09 iyul 1961-ci il təvəllüdlü əsgər Qonaqov Musal Mirzağa oğlunu və könüllü özünümüdafiə dəstəsinin döyüşçüsü, 28 iyun 1961-ci il təvəllüdlü Əzimov Tahir Eyyub oğlu Vaqif Xaçatryan və erməni hərbi birləşmələrinin digər üzvləri tərəfindən qətlə yetirilib.

Meşəlidə qarşılarında güclü maneə görməyən, 366-cı motoatıcı rus alayına arxayın olan erməni terrorçuları bu qırğından 3 gün sonra – 1991-ci il dekabrın 26-da Qarabağın ən böyük rayonu( şəhəri) olan Xankəndini, 2 gün sonra isə Kərkicahanı tamamilə işğal etdilər. Onlar o qədər qudurmuşdular ki, hətta 26 dekabr 1991-ci ildə Şuşa-Laçın yolunun 4-cü kilometrliyində "ZİL-130" və "Moskviç" maşınlarını partlatmış, 5 nəfər azərbaycanlını qətlə yetirmiş, 4 nəfəri isə ağır yaralanmışdılar.

Xatırladaq ki, Vaqif Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Vaqif Çerkezoviç Xaçatryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Meşəli kəndi Qırxqız dağlarının ətəyindədir. Bu kənd palıd, fıstıq və cır meyvə ağaclarından ibarət mənzərəli meşəlik ərazidə yerləşdiyi üçün belə adlandırılıb və hər kəsi öz mənzərəsi ilə valeh edir. Ərazisində qədim qəsr, imarət, kurqan və sair maddi mədəniyyət nümunələri olan qədim Oğuz yurdu Meşəli 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə qaytarılıb.

Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Əntiqə Rəşid

Turkistan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Dekabr 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri