Icma.az
close
up
RU
Fransanın müstəmləkəçilik cinayətləri: Diri diri yandırılan insanların qanı qumda batırılıb

Fransanın müstəmləkəçilik cinayətləri: Diri diri yandırılan insanların qanı qumda batırılıb

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Keçmişdə ən böyük müstəmləkə imperiyalarından biri olan Fransa hələ də işğal etdiyi ərazilərinin bir hissəsini güc yolu ilə əlində saxlayır. XVI-XX əsrlərdə Paris iqtisadi, siyasi və mədəni üstünlük təşkil etmək məqsədilə fəal şəkildə genişlənmə siyasəti aparıb.

Tətbiq edilən müstəmləkə modeli qəddar olub, Amerika, Afrika, Asiya və Okeaniya xalqlarına çox böyük ziyan vurub. Parisin ərazilərin zəbt edilməsi və başqa xalqların əsarət altına alınması istiqamətində kursu bir sıra amillərlə müəyyən edilib. Fransızlar xarici təbii resursları istismar etməklə öz milli sərvətlərini artırmağa çalışıblar. Belə ki, Amerikadan pambıq, şəkər və tütün ixrac edilib, burada böyük plantasiyalar yaradılıb.

Müasir Seneqal və Mali ərazilərində qızıl və almaz hasil edilib. Kot-d'İvuar və Qabon rezin və kakao mənbələrinə çevrilib. Hind-Çindən Fransa düyü və qalayla təmin olunub. Koloniyalardan gətirilən xammal Fransanın zavod və fabriklərində emal olunub və bununla da ölkə sənayesinin inkişafına və şəhər əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə töhfə verib. Eyni zamanda, koloniyalar istehsal olunan məhsulların bazarı kimi xidmət edib ki, bu da ticarətin inkişafına və gəlirlərin artmasına əlavə təkan verib.

XX əsrin əvvəlində Fransa müstəmləkə imperiyası təxminən 13 milyon kvadrat kilometr ərazini əhatə edib. Müqayisə üçün qeyd edək ki, müasir ABŞ-nin sahəsi təxminən 10 milyon kvadrat kilometrdir. Onun ərazisində təxminən 100-110 milyon insan yaşayıb. Bura aşağıdakı müasir dövlətlərin əraziləri daxil olub:

Afrikada - Əlcəzair, Mərakeş, Tunis, Mavritaniya, Seneqal, Mali, Burkina Faso, Niger, Qvineya, Kot-d'İvuar, Benin, Çad, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Qabon, Kamerun, Cibuti, Madaqaskar; Asiyada - Livan, Suriya, Vyetnam, Laos, Kamboca; Amerika - Haiti; Okeaniya - Vanuatu.

Fransa Prezidenti Adolf Tyer 1871-ci ildə parlamentdə bəyan edib: "Koloniyalar millətimiz üçün güc və zənginlik mənbəyidir. Onlar bizə böyük dövlətlər arasında mövqeyimizi qorumaq üçün lazım olan resursları və təsir imkanlarını verir".

Fransanın müstəmləkəçilik siyasəti irqi və mədəni üstünlük ideyalarına əsaslanıb. Bu münasibət müstəmləkəçiliyi fransız mədəniyyətini, dilini və dinini yaymaq zərurəti ilə əsaslandıran "sivilizasiya missiyası" (mission sivilisatrice) konsepsiyasında öz ifadəsini tapıb. Fransızlar özlərini "ali dəyərlərin daşıyıcıları" (Nasist Almaniyasında olduğu kimi - Qeyd) kimi qəbul ediblər və bu, onların xarici ekspansiyasına, o cümlədən sərt inzibati-məcburi sistemin qurulmasına və təbii sərvətlərin yırtıcı şəkildə çıxarılmasına haqq qazandırıb.

Afrika xalqlarının soyqırımı

Fransanın ölkələri ələ keçirməsi müharibə cinayətləri və işğalçılara müqavimət göstərməyə çalışan yerli sakinlərə qarşı qeyri-adi qəddarlıqla müşayiət olunub. Xüsusilə, bəzi hesablamalara görə, Əlcəzairi işğal etmək üçün aparılan əməliyyatlar zamanı 1 milyona qədər yerli sakin həlak olub.

Fransız generalı Embal Jan-Jak Pelisyenin qaniçənliyi isə yaddaşlara həkk olunub. O, 1845-ci ildə fransızlardan qaçaraq dağlara sığınan minə yaxın əlcəzairlinin diri-diri yandırılması barədə əmr verib.

Madaqaskarın işğalı zamanı 20 minə qədər yerli sakin (ada əhalisinin təxminən 1%-i) həlak olub. Müqayisə üçün qeyd edək ki, Fransa İkinci Dünya müharibəsində əhalisinin 2%-dən azını itirib. Müxtəlif hesablamalara görə, 1883-1886-cı illərdə Vyetnamın tutulması və sonrakı repressiyalar nəticəsində 10-15 min yerli sakin həlak olub.

Fransızlar öz müstəmləkələrində üsyanları yatırmaqda heç də az qəddarlıq nümayiş etdirməyiblər. Məsələn, 1921-1926-cı illərdə Mərakeşdə iğtişaşların yatırılması nəticəsində 100 minə qədər, 1925-1927-ci illərdə Suriyada üsyanın yatırılması zamanı 6000-ə qədər insan fransız qüvvələri tərəfindən öldürülüb.

1945-ci ilin mayında Əlcəzairin Setif və Quelma şəhərlərində baş vermiş qırğın insanlığa qarşı ən böyük cinayətlərdən biri hesab olunub. Müstəqillik tərəfdarlarına qarşı yaş fərqi qoymadan həbslər və edamlar həyata keçirlib, Əlcəzairin şəhər və kəndlərini bombalamaq üçün döyüş təyyarələrindən istifadə edilib. Nəticədə 45 minə qədər insan həlak olub. 1947-ci ildə Madaqaskarda müstəqillik tərəfdarlarının müqavimətini yatırmaqda fransız silahlı qüvvələrinin vəhşiliyi 80 minə yaxın insanın ölümünə səbəb olub.

Paris, Avropa mallarının Afrikada qullara dəyişdirildiyi, daha sonra plantasiyalarda işləmək üçün Amerikaya göndərildiyi, sənaye üçün xammalın Avropaya gətirildiyi "üçbucaqlı ticarət"in əsas oyunçulardan biri olub. Fransa təkcə qulları ələ keçirmək və istismar etməklə deyil, həm də onları digər müstəmləkəçi dövlətlərə satmaqla məşğul olub.

Ümumilikdə Fransa Afrikadan Amerikadakı plantasiyalarına təxminən 1,4 milyon qul ixrac edib. Üstəlik, afrikalıların 15%-dən çoxu təyinat yerinə çatmadan yolda ölüb. Fransız müstəmləkələrində qulların hüquqi statusu, daha doğrusu hüquqlarının olmaması xüsusi kodekslərdə təsbit edilib.

Bunlardan ən məşhuru 1685-ci ildə Kolbert (Kral XIV Lüdovikin maliyyə naziri) dövründə hazırlanmış və ölümündən sonra nəşr edilən "Qara Kodeks" (Code noir) olub. Bu qaydalar toplusu qaradərililərin istismarına icazə verib, onlara insan kimi deyil, əşya kimi yanaşmağı göstərib. Fransa kralı XVI Lüdovik, görünür, bu cür təcrübələri standartlaşdırmaq və "humanistləşdirmək" qərarına gəlib və 1784-cü il xüsusi fərmanı ilə bir qulun 50 şallaq cəzasına məhkum edilə biləcəyi cəzaları məhdudlaşdırıb.

Təbiət və mədəniyyətlərin məhvi

Fransız müstəmləkəçilərinin fəaliyyəti Afrika təbiətinə ciddi ziyan vurub. Mərkəzi Afrikada kauçuk ağacı demək olar ki, tamamilə yox olub. XIX əsrin sonlarında Əlcəzairdə fillər nəsli kəsilmək təhlükəsi altında olub. Qərbi Afrikada onların sayı 70-90% azalıb.

Fransız müstəmləkəçilərinin gətirdiyi xəstəliklər (çiçək, tif, qızılca kimi) Haiti sakinlərinin 50%-ə qədərinin və Madaqaskar sakinlərinin 90%-ə qədərinin ölümünə səbəb olub. 1960-1990-cı illər arasında Fransa ilk növbədə Əlcəzair və Fransız Polineziyasında 210 nüvə sınağı keçirib.

Partlayışlar dənizin və qurunun əhəmiyyətli bir sahəsinin radioaktiv çirklənməsinə səbəb olub, yaşayış və iqtisadi istifadə üçün yararsız hala düşüb. Mururoa və Fanqataufa atolları ətrafındakı mərcan rifləri məhv edilib. Sınaqların nəticələrindən təsirlənən yerli sakinlərin sayının Əlcəzairdə təxminən onminlərlə, Okeaniyada isə 100 ilə 150 ​​min arasında olduğu təxmin edilib.

Fransızlar müstəmləkələrdən kütləvi şəkildə sənət əşyaları və mədəni sərvətlər ixrac ediblər ki, bunlar Fransa imperiyasının "böyüklüyünü və zənginliyini" vurğulamaq məqsədi daşıyıb və sonradan ölkənin muzeylərinin kolleksiyaları üçün əsas olub.

E.Makronun adından 2018-ci ildə B.Savua və F.Sarra tərəfindən hazırlanmış hesabata görə, Afrika incəsənətinin 90%-ə qədəri qitədən kənarda yerləşib, xüsusən də Luvr və Afrika İncəsənət Muzeyi kolleksiyalarının əsasını təşkil edib (Branlidəki muzey).

Hazırda Fransa hakimiyyəti keçmiş müstəmləkələrdən götürülmüş tarixi irsin bərpası ilə bağlı bir sıra müraciətlərə baxır. Xüsusilə Avstraliya, Əlcəzair, Benin, Qazaxıstan, Kot-d'İvuar, Madaqaskar, Mali, Nepal, Seneqal, Çad və Efiopiya Parisə qarşı iddialarını açıqlayıb.

Fransızlar digər böyük dövlətlərlə müharibə aparmaq üçün koloniyaların sakinlərindən də fəal şəkildə istifadə ediblər. 1701-1714, 1740-1748, 1756-1763-cü illər müharibələri zamanı fransızların hindli tayfalarını (məsələn, huronları) ingilis qoşunlarına və onların yerli müttəfiqlərinə qarşı vuruşdurub.

Birinci dünya müharibəsində fransız koloniyalarından 500 minə yaxın insan müharibədə iştirak edib. Fransız koloniyaları 1940-cı ildə Parisin təslim olmasından sonra nasistlərə qarşı mühüm müqavimət mərkəzlərinə çevrilib.

Lakin Paris tez-tez onun tərəfində vuruşan müstəmləkə sakinlərinə qarşı nankorluq edib. Bunun bariz nümunəsi "harki", yəni 1954-1962-ci illərdə Əlcəzair İstiqlal Müharibəsi zamanı fransızların müttəfiqi olmuş əlcəzairliləri göstərmək olar. Fransız qoşunlarının çıxarılmasından sonra Parisin taleyin ümidinə buraxdığı bir çox "harkilər" və onların ailələri Əlcəzair hakimiyyətinin amansız repressiyalarına məruz qalıb. Təxminən 90 000 "harki" Fransaya təxliyə edilsə də, onlar qaçqın düşərgələrinə yerləşdirilib və sistematik olaraq ayrı-seçkiliyə məruz qalıblar.

Paris eyni zamanda sonradan müstəqillik əldə etmiş dövlətlər üçün uzunmüddətli problemlər yaradıb. Fransa azad olan Haitidən 1825-ci ildə müstəqilliyinin tanınması müqabilində 150 milyon frank (indiki dollarla hesablasaq, təxminən 21 milyard dollar) təzminat ödəməyi tələb edib. Bu məbləğ sonradan 90 milyon franka endirilib, lakin yenə də gənc ölkə üçün çox böyük iqtisadi yük olub.

2003-cü ildə Haiti Prezidenti Jan-Batist Aristid rəsmi olaraq Fransadan müstəmləkəçilik dövründə ölkəyə dəymiş ziyanı ödəməyi və sonradan müstəqilliyinə görə təzminat ödəməyi tələb edib. O, iddialarını həm tarixi ədalət əsasında, həm də müstəmləkə əsarətinin və iqtisadi istismarın ölkəyə vurduğu zərərin ödənilməsi zərurəti ilə əsaslandırıb.

"Report" İnformasiya Agentliyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 May 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri