Icma.az
close
up
RU
Məşğul əhalinin 2 milyon 414 mini qadınlardır

Məşğul əhalinin 2 milyon 414 mini qadınlardır

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Hazırda ölkəmizdə məşğul əhalinin 2 milyon 414 mini qadınlardır. Məşğul əhalidə kişilərin sayı isə 2 milyon 615 min nəfərdir. İşçi qüvvəsində qadınların sayı isə 2 milyon 571 mindir”.

“Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, qadınlarımızın ən çox çalışdığı sektor təhsildir:

“Hazırda əmək müqaviləsi ilə çalışan qadınlarımızın sayı 722 min 147 nəfərdir. Onun 242 min 801 nəfəri təhsil sektorunda çalışır. Bu, ümumi muzdlu qadın işçilərin 33.6 faizi deməkdir. Eyni zamanda o deməkdir ki, əmək müqaviləsi ilə çalışan hər 3 qadından biri təhsil sferasında işləyir. 

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi qadınlarımızın üstünlük verdiyi ikinci ən böyük sektordur. Ümumi payda 16.2 faiz ilə bu sferada 116 min 976 qadın vətəndaşımız çalışır. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır: burada 95 min 566 qadın vətəndaşımızın əmək müqaviləsi qeydiyyatdan keçib”.

Deputat, həmçinin qadınların orta aylıq əməkhaqqı ilə bağlı da fikir bildirib:

“Ən yüksək maaş mədənçıxarma sənayesində təklif edilir. Burada qadın işçilərin orta maaşı 2915 manatdır. Daha sonra maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan qadın vətəndaşlarımızın orta aylıq maaşı 1813 manat təşkil edir.

Burada ilk üçlüyü informasiya və rabitə sektoru tamamlayır: 1353 manat. Məşğulluqda böyük paya malik olan təhsil sektorunda isə qadınların orta aylıq maaşı 731 manatdır. Hazırda, qadınların orta aylıq maaşı kişilərin orta əməkhaqqısının 68.9 faizinə bərabərdir. Qlobal olaraq bu nisbət 77-80 faizdir”.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Mart 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see487

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see280

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see279

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see268

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see267

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see260

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see250

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see247

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see241

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see240

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see239

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see232

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see225

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see223

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see221

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see221

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see203

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see199

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see195

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri