Icma.az
close
up
RU
“5,1 milyon məşğul əhalinin cəmi 35% i müqavilə ilə işləyir”

“5,1 milyon məşğul əhalinin cəmi 35% i müqavilə ilə işləyir”

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Pensiya Fonduna yüz milyonlarla əlavə vəsait cəlb etmək mümkündür”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli “Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bir sıra təklif və narahatlıqları səsləndirib.

Deputat bildirib ki, Pensiya Fondunun maliyyə imkanlarının genişləndirilməsi üçün mövcud real mənbələrdən daha səmərəli və geniş formada istifadə olunmalıdır. Onun sözlərinə görə, hazırda ölkədə 5,1 milyon məşğul əhalinin yalnız 1,8 milyonu əmək müqaviləsi ilə işləyir, bu isə cəmi 35% təşkil edir:

“Digər ölkələrdə bu göstərici 60-70%-dən yuxarıdır. Yerdə qalan 3,3 milyon məşğulun bir hissəsi aqrar sahədə vergidən azad olsa da, digər qismində şəffaflaşma təmin edilsə, Pensiya Fonduna yüz milyonlarla əlavə vəsait cəlb etmək mümkündür”.

Əli Məsimli ikinci əsas məqam kimi ÜDM-də əməyin ödənişi xərclərinin payının az olmasını göstərib. O qeyd edib ki, bu göstəricinin artırılması da Pensiya Fonduna “milyardlarla” əlavə vəsait gətirə bilər.

Deputat bir neçə təklif də irəli sürüb:

“Beş və daha çox uşağı olan anaların erkən təqaüd hüququ var. Amma bu kateqoriya çox az olduğundan güzəştin üç və daha çox uşağı olan analara da şamil edilməsi ədalətli olardı”.

Pensiya kapitalından istifadə mexanizminin dəyişdirilməsi:

“Elə şərait yaradılmalıdır ki, vətəndaş pensiyaya çıxmasına az qalmış dövrdə öz pensiya kapitalından istifadə edə bilsin. Həmçinin, pensiya çıxarışını dəyişərkən həmin kapitalın vərəsələrə verilməsi üçün qanunvericiliyə dəyişiklik edilməlidir”.

Əli Məsimli qeyd edib ki, sosial sahəyə ayrılan 17,1 milyard manat böyük rəqəmdir, lakin vəsaitin effektiv istifadəsi bundan da vacib məsələdir.

Deputat manatın alıcılıq qabiliyyətinin azalmasına xüsusi diqqət çəkərək deyib:

“Manatın məzənnəsi sabit qalsa da, alıcılıq qabiliyyəti sürətlə aşağı düşür. Bir neçə il əvvəl 100 manata alınan məhsulların indi yarısını almaq olmur. Ona görə də sosial xərclərin inflyasiyanın ‘yeminə’ çevrilməməsi üçün ciddi antiinflyasiya tədbirləri görülməlidir”.

Deputat sonda vurğulayıb ki, ayrılan vəsaitlər əhalinin, xüsusilə də pensiyaçıların real güzəranının yaxşılaşdırılmasına yönəlməlidir.

Afət Ziyadqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 20 Noyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri