Məşhur aktrisa Ərdoğana müraciət etdi: “Gecələr yata bilmirəm“
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Uşaq yaşlarından ekranlarda tanınan gənc aktrisa Kübra Süzgün aldığı təhdidlər səbəbindən aktyorluğa ara verdiyini açıqlayıb.
Bu barədə o, verdiyi müsahibədə danışıb.
Televiziya tamaşaçılarının sevimli uşaq ulduzlarından biri olan Kübra Süzgün yaşadığı çətin günlərdən söz açaraq kömək çağırışı edib. O bildirib ki, qarşılarında təhlükəli bir çətə dayanır və məhz buna görə aktyorluq fəaliyyətini davam etdirə bilmir.
Gecələr qorxu və narahatlıqdan yata bilmədiyini deyən aktrisa yardım istəyini birbaşa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlayıb.
“Xahiş edirəm, mənə kömək edin. Gecələr yata bilmirəm. Təhdidlər alıram. Bir aktrisa kimi deyil, bir qız övladı kimi sizdən yardım istəyirəm”, - deyə Kübra Süzgün bildirib.
(musavat)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 06 Avqust 2026 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















