Məşhur aktrisa şəkillərini sataraq evinin borcunu ödədi
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Aktrisa Erika Eleniakın sosial platformada hesab açması onun həyatını kökündən dəyişib.
BAKU.WS xəbər verir ki, "Malibu xilasediciləri" serialının aktrisası "OnlyFans" platformasının onu mənzilini itirməkdən xilas etdiyini deyib.
O şəkillərini satmaqla maddi vəziyyətini yaxşılaşdırdığını açıqlayıb. Bu barədə "Variety" nəşri məlumat yayıb.
Eleniak qeyd edib ki, film və seriallarda demək olar ki, rol ala bilmirdi və güclə dolanırdı.
"Demək olar ki, çətin bir vəziyyətə düşmüşdüm. Bunun üzərinə maliyyə problemləri də gələndə insan tükənir. Yaşadığın qorxu səni əldən salır. İndi isə qərarları özüm verirəm. Bu, doğrudan da xoşdur", -deyə aktrisa söyləyib.
Erika əlavə edib ki, hesab açmazdan əvvəl evdən çıxarılma barədə bildiriş alıb, lakin öz şəkillərini satmaq sayəsində cəmi bir neçə ay ərzində borcunu ödəyə bilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 19 Noyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















