Məşhur aktyor dəlixanada Şizofreniya diaqnozu qoyuldu
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə kinosunun unudulmaz simalarından biri olan Necati Bilgiç uzun illər sonra Bursa Yüksek İhtisas Tədris və Araşdırma Xəstəxanasının Dörtçelik Ruh Sağlamlığı və Xəstəlikləri Xəstəxanasında görüntülənib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, o, burada şizofreniya diaqnozu ilə psixoloji müalicə alır.
2016-cı ildə keçirdiyi açıq ürək əməliyyatından sonra aktyor psixoloji pozuntular yaşamağa başlayıb. Xəstəxanaya yerləşdirilən N.Bilgiç hazırda şizofreniya diaqnozu ilə müalicə alır. Bir zamanlar milyonlarla insanın ekranlarda izlədiyi məşhur sima, bu gün sakit bir xəstəxana otağında təcrid olunmuş həyat sürür.
Qeyd edək ki, 1953-cü ilin oktyabrında Bursada dünyaya gələn Necati Bilgiç, aktyorluğa uşaq yaşlarında maraq göstərməyə başlayıb. Orta təhsilini başa vurduqdan sonra İstanbul Bələdiyyə Konservatoriyasının Teatr fakültəsinə daxil olub və burada Yıldız Kenter kimi əfsanəvi teatr ustadından dərs alıb.
Aktyorun karyerasının zirvəsi isə 1995-ci ildə başladığı "Çiçek Taksi" serialında canlandırdığı Karadenizli Niyazi obrazı ilə olub. Bu obraz tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və onu bir çox evin sevimli simasına çevirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 01 Avqust 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















