“Raynerin oğluna şizofreniya diaqnozu qoyulubmuş” − TMZ
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən amerikalı rejissor və aktyor Rob Raynerin oğlunun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə TMZ mənbələrə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, Nik Raynerə xəstəlik diaqnozu qoyulub və o, psixiatrın nəzarəti altında olub:
“Raynerin evindəki insidentdən üç-dörd həftə əvvəl həkimlər onun dərmanlarını dəyişib. Bundan sonra onun vəziyyəti daha da qeyri-stabil olub. Həkimlər dozanı tənzimləməyə çalışıb, lakin bu, təsirsiz olub”.
Qeyd edək ki, daha əvvəl “People” jurnalı mənbələrə istinadən bildirib ki, 78 yaşlı Rob Rayner və onun həyat yoldaşı Los-Ancelesdə, Kaliforniyadakı evlərində oğulları Nik tərəfindən öldürülüb. Nəşrin məlumatına görə, 2016-cı ildə Nik Rayner yeniyetməlik illərindən narkotik vasitələrdən istifadə etdiyini etiraf edib.
Bu mövzuda digər xəbərlər:Məşhur aktyor dəlixanada Şizofreniya diaqnozu qoyuldu
01 Avqust 2025 11:55
Bir zamanların məşhur aktyoruna şizofreniya diaqnozu qoyuldu FOTOlar
19 Noyabr 2025 03:29
Şizofreniya haqqında əfsanələr
15 Noyabr 2024 11:50
Şizofreniya riskini kəskin AZALDIR
09 Noyabr 2025 12:00
Trampı şizofreniya xəstəsi adlandırdı
17 Noyabr 2025 14:44
Baxış sayı:99
Bu xəbər 20 Dekabr 2025 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















