Tayson Fyuriyə şizofreniya diaqnozu qoyulub
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Britaniyalı boksçu Tayson Fyurinin həyat yoldaşı Paris onun şizofreniyadan əziyyət çəkdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Paris Fyuri "Netflix" platformasında yayımlanacaq sənədli filmdə danışıb.
O, həyat yoldaşının psixi sağlamlıq problemlərinin hələ gənclik illərindən özünü büruzə verdiyini bildirib. Parisin sözlərinə görə, 2015-ci ildə Vladimir Kliçko üzərində qələbədən sonra boksçunun vəziyyəti daha da ağırlaşıb.
Sənədli filmdə Fyurinin psixoz halı yaşadığı, səslər eşitdiyi və reallığı qavramaqda çətinlik çəkdiyi qeyd olunur. Paris həkimlərin həyat yoldaşına bir neçə psixi pozuntu, o cümlədən şizofreniya diaqnozu qoyduqlarını söyləyib.
Onun sözlərinə görə, həmin dövrdə boksçu özünün və ailəsinin öldürüləcəyinə inanır, xəstəxanada olarkən isə onu öldürmək istədiklərini düşünürdü.
Fyuri özü də həmin günləri həyatının ən ağır dövrü kimi xatırlayıb. O, alkoqol və narkotik asılılığı ilə mübarizə apardığını, hər şeyini itirdiyini düşündüyünü bildirib.
Qeyd edək ki, Tayson Fyuri 2015-ci ildə Vladimir Kliçkoya qalib gələrək dünya çempionu olub. Boksçunun həyatından bəhs edən "Tyson Fury" adlı sənədli filmi noyabrın 27-də "Netflix"də yayımlanacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 23 Noyabr 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















