Icma.az
close
up
RU
Məşhur aktyor özündən 26 yaşlı modellə sevgilidir

Məşhur aktyor özündən 26 yaşlı modellə sevgilidir

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uzun illər qalmaqallı münasibətləri ilə diqqət çəkən 70 yaşlı aktyor Mel Gibson son olaraq 35 yaşlı Rosalind Ross ilə 9 illik münasibətini başa vurmuşdu. Cütlük ayrılıqlarını təsdiqləyərək bu mərhələni “həyatlarının bir hissəsinin sonu” kimi qiymətləndirmişdi. Onların 8 yaşlı Lars adlı bir oğulları var və hər iki tərəf uşaqlarının tərbiyəsini birlikdə davam etdirəcəklərini bildirmişdi.
Demokrat.az
xəbər verir ki, ayrılıqdan sonra Gibsonun bir müddət şəxsi həyatını daha sakit saxlayacağı gözlənilsə də, aktyorun Romada 44 yaşlı italyan aktrisa Antonella Salvucci ilə görüntüləndiyi iddia olunur. Məlumatlara görə, Gibson “İsanın Dirilişi: Birinci hissə” filminin çəkilişləri üçün Romada olduğu vaxt Salvucci ilə bir restoranda yemək yeyib və daha sonra şəhərdə birlikdə gəzib.
İddialara əsasən, cütlük Roma küçələrində əl-ələ gəzərkən və bəzi ictimai yerlərdə kameralar tərəfindən görüntülənib. Lakin daha sonra yayılan məlumatlarda Mel Gibsonun hazırda rəsmi münasibətdə olmadığı, Antonella Salvucci ilə isə sadəcə dostluq çərçivəsində görüşdüyü də qeyd edilib.
Aktyorun yaxın çevrəsindən olan bəzi mənbələr isə onun daha əvvəl verdiyi “gənc partnyorlarla münasibətlərdən uzaq durmaq” fikrinə baxmayaraq, şəxsi həyatında yenidən romantik münasibətlərə açıq olduğunu bildirir.
Antonella Salvucci isə model, televiziya aparıcısı və bir sıra qorxu filmlərində rol almış aktrisa kimi tanınır.
Mel Gibson əvvəllər 31 il Robyn Moore ilə evli olub və bu evlilikdən bir neçə övladı var. O, həmçinin rusiyalı müğənni Oksana Qriqoryeva ilə də münasibəti ilə uzun müddət mətbuatın gündəmində olmuşdu.
“Braveheart” və “Mad Max” kimi filmlərlə dünya şöhrəti qazanan aktyorun ümumilikdə üç fərqli münasibətdən doqquz övladı var.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri