Icma.az
close
up
RU
Məşhur “Aşıq Pəri” məclisi haqqında kitab

Məşhur “Aşıq Pəri” məclisi haqqında kitab

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Əlbəttə, bu hamının arzusu idi ki, “Aşıq Pəri” məclisi haqqında kitab yazılsın. Çünki bu təşkilat, uzun illərdir ki, mədəniyyətimiz, musiqimiz üçün çox böyük işlər görür. Axır ki, bu arzu reallaşdı. Belə ki,  Bakıda, “Şahənşah” şadlıq sarayında, tanınmış şair, sazın, sözün keşiyində yorulmadan dayanan Pərvanə xanım Zəngəzurlunun rəhbərlik elədiyi "Aşıq Pəri" məclisinin üzvlərinin şeirlərindən ibarət “Zəfər günəşi”  adlı kitabın təqdimatı oldu.

Kitab Ali Baş Komandanımıza, müqəddəs şəhidlərimizə, vətənimizin bütövlüyünə, qələbəmizin sevincinə həsr olunmuş şeirləri özündə əhatə edir. Məclisin rəhbəri Pərvanə Zəngəzurlu tədbiri açıq elan etdikdən sonra, "Aşıq Pəri" məclisinin indiyə kimi olan uğurlarından və gələcəkdə görəcəkləri maraqlı işlərdən danışdı.

Tədbiri idarə eləmək üçün sözü hər misrasından bal daman, Vətən ətirli şeirlərin müəllifi, tanınmış şair Südabə İrəvanlıya verdi.  Xanım şairəmiz tədbirin mahiyyətindən danışıb, müəllifləri və iştirakçıları yeni çap olunmuş kitabın araya-ərsəyə gəlməsi münasibəti ilə təbrik elədi. Sonra çıxış üçün sözü türk dünyasının tanınmış şairi, Şöhrət ordenli Səadət Butaya verdi. Səadət xanım kövrək səsi ilə yeni kitaba xeyir-dua verib, özünün  maraqlı şeirlərindən səsləndirdi. Sonra Südabə xanım Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərliyə söz verdi. Xətai müəllim Azərbaycanda aşıq sənətinə olan dəyərdən danışıb, “Aşıq Pəri”  məclisinin üzvlərinə uğurlar arzuladı. Tanınmış qəzəlxan-şair Lilpar Cəmşidqızı Qarabağ Fatehinə həsr olunmuş "Azərbaycan" rədifli və “Aşıq Pəri” məclisinin rəhbəri Pərvanə Zəngəzurluya həsr elədiyi qəzəlləri səsləndirdi. Südabə xanım növbə ilə bütün iştirakçılara söz verdi. Hər kəs  “Aşıq Pəri” məclisi və yeni çap olunan “Zəfər günəşi”  kitabı haqqında fikirlərini bildirdi. Bir-birindən gözəl saz ifaları tədbirə gözəl rəng qatdı. Hər kəsin gözündə sevinc, üzündə gülüş olan tədbir maraqlı çıxışlarla sona çatdı.  “Aşıq Pəri”  məclisinin rəhbəri, üzvləri və qonaqlar möhtəşəm “Şahənşah” da tədbirin keçirilməsinə şərait yaratdığına görə sarayın rəhbəri, hörmətli Rəşid müəllim  Süleymanova təşəkkürünü bildirdilər.

Yaxşılıq etmək doğrudan da çox  müqəddəs işdir. Dahilər bu haqda necə də gözəl kəlamlar deyiblər: Nizami Gəncəvi “Yaxşılıq insanlıq sənətidir “. Uilyam Şekspir: “ Gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır”.  Amerika filosofu Henri Devid Toqonun dediyi bu kəlam isə bütün insanlar üçün bir ali məqsəd olmalıdır: “ Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir”.   Arzum budur ki, belə xeyirxah, imkanlı  insanlarımız çox olsun və “Aşıq Pəri” məclisində olan çox istedadlı insanların da ayrıca kitablarının çap  olunmasına maliyyə yardımı eləsinlər. Əgər onların kitabları ayrıca çap olunsa, inanıram ki, ədəbiyyatımıza çox yaxşı töhfələr olar.

Lilpar CƏMŞİDQIZI,
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Çeşmə”  Ədəbi Məclisinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri