Məşhur rejissor filmində Azərbaycan aşıq musiqisindən istifadə edəcək
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) kino zalında Azərbaycan Animasiya Assosiasiyası və AKİ-nin birgə təşkilatçılığı ilə Berlin Beynəlxalq Film Festivalında “Gümüş Ayı” mükafatının qalibi, plastilin animasiyası üzrə tanınmış polyak və alman rejissoru İzabella Pluçinska ilə görüş keçirilib.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə rejissorun dünyanın müxtəlif festivallarında uğur qazanmış filmləri nümayiş olunub.
Nümayişdən sonra İ.Pluçinska komandası ilə yaradıcılıq prosesini əks etdirən kadrların müşayiəti ilə öz üslubu, personajları necə ərsəyə gətirdiyi, plastilinlə işləməyin səciyyəvi xüsusiyyətləri barədə məlumat verib.
Həmçinin İzabella Pluçinska hazırda Respublikasının Kino Agentliyinin dəstəyi ilə Azərbaycan aşıq musiqisi və modern musiqinin sintezi üzərində qurulmuş animasiya filmi üzərində işlədiyini deyib. Azərbaycan-Almaniya və Polşanın müştərək işi olacaq layihənin bəstəkarı Azər Hacıəsgərli, prodüseri Rəşid Ağamalıyevdir.
Baxış sayı:63
Bu xəbər 22 Oktyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















