Icma.az
close
up
RU
Məşhur astronavt çoxdankı arzusuna çatdı

Məşhur astronavt çoxdankı arzusuna çatdı

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2019-cu ildə skafandr ölçüsünə görə sırf qadınlardan ibarət kosmik çıxışda iştirak edə bilməyən amerikalı astronavt Enn Makkleyn altı ildən sonra bu fürsəti əldə edib.

"Cebheinfo.az" xəbər verir ki, Enn Makkleyn Beynəlxalq Kosmik Stansiyadan (BKS) həmkarı Nikoll Ayerslə birlikdə açıq kosmosa çıxıb. Kosmosda təxminən 6 saat qalan astronavtlar stansiyanı yeni günəş panelləri üçün hazırlayıb, həmçinin 420 km hündürlükdə yerləşən kompleksdə bir antenanı başqa yerə köçürüblər.

Missiya başa çatdıqdan sonra onları stansiyanın komandiri, yapon astronavt Takuya Onişi qarşılayıb. O, zarafatla bildirib: “Sizin qayıtmağınıza çox sevindik, şam yeməyiniz hazırdır”.

Xatırladaq ki, Enn Makkleyn ABŞ ordusunda polkovnik və helikopter pilotudur. O, 2019-cu ildə  sırf qadınların kosmik çıxışında iştirak etməli idi, lakin orta ölçülü skafandrların azlığı səbəbindən bu mümkün olmamışdı. Həmin tarixi missiya Kristina Kox və Cessika Meir tərəfindən yerinə yetirilmişdi. Bu sonuncu missiya isə son 60 ildəki beşinci sırf qadınların açıq kosmos çıxışı kimi tarixə düşüb.

Qeyd edək ki,  Kristina Kox yaxın zamanda Aya uçacaq ilk qadın olacaq.O, NASA-nın "Apollon" proqramının davamı olan “Artemis” çərçivəsində üç kişi astronavtla birlikdə 2026-cı ildə Aya enmədən orbitə uçuş həyata keçirəcək. Hazırda NASA-nın 47 aktiv astronavtından 20-si qadındır. Kosmik stansiyada isə yeddi astronavtdan yalnız Enn Makkleyn və Ayers qadındır. Ayers ABŞ Hərbi Hava Qüvvələrinin mayoru və keçmiş qırıcı pilotu kimi bu missiyada ilk dəfə açıq kosmosa çıxıb, Enn Makkleyn üçün isə bu artıq üçüncü çıxışdır.

Səbinə Uğur
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 May 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri