Icma.az
close
up
RU
Məşhur cazmen Vaqif Mustafazadə haqqında nə demişdi? Tale əkizləri

Məşhur cazmen Vaqif Mustafazadə haqqında nə demişdi? Tale əkizləri

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Vahid Qazinin Vaqif Mustafazadə və Yan Yohansson haqqında yazdığı "Tale əkizləri" məqaləsini təqdim edir.

Bu yazı həm azərbaycanca, həm də İsveç dilində dərc olunacaq.
Qəsdim caz-muğamın banisi, bəstəkar, pianoçu Vaqif Mustafazadəni İsveç əhlinə, onun tale əkizi – isveçli cazmen, bəstəkar, aranjimançı Yan Yohanssonu bizim musiqisevərlərə tanıtmaqdır.

Niyə onları tale əkizləri saydığımı deməzdən əvvəl cazın bir sehrindən söz açmaq istəyirəm. Caz mənə küləyi xatırladır: bəzən həzin düşüncələrinlə birgə səni kəpənək qanadında xatirələrin isti qucağına aparan titrək meh olur, bəzən də xəzan yarpağını sonu bilinməyən ünvanlara uçuran fırtına. Caz çarəsizlikdə haraya gələn ümidin səsidir! Lui Armstronqun ifasında "Dallas Blues" bluz mahnısını dinləyin: qüssə içində sevinc boy verir…

…Fikrim Amerikanın pambıq tarlalarında bluz oxuyan qullara gedir. Görən, o mahnıları oxuyanda hansı hissləri keçirirdilər? Ağıllarına gələrdimi o kədərli bluzlar sonra caz musiqisinə çevrilib dünyaya yayılacaq, milyonların qəlbini fəth edəcək?

…Mustafazadənin musiqisini təsvir etməyimi istəsəniz, belə deyərdim: Yay səhəri üzü Xəzərə günəşin doğuşuna baxırsan, kürəyini ilıq gilavar oxşayır, bütün hüceyrələrinlə duyursan onu, bir də doğulursan sanki. Qəfil tanış səs gəlir, çoxdan Tanrı dərgahına köçmüş ananın məhrəm səsinə bənzəyir. Sevinib heyrətlə səsə çevrilirsən – gilavar indi də üzünə sığal çəkir. Ana nəvazişi kimi… Arxa planda Mustafazadənin "Səhər" kompozisiyası.

Yan Yohanssonun ifalarını yutubda tapıb dinləyin, məsələn, “Utanmiradan baxış” (“Visa från Utanmyra”) əsərini. Sonra bu mənzərəni təsəvvür edin: İsveçin yüz min gölündən biri – dörd yandan meşəylə dövrələnmiş göl. Əksi suya düşən yarpaqların ləpələrdə titrəyişinə tamaşa edirsən. Meşəylə gölün ünsiyyəti iki sevgilinin söhbətinə də oxşayır, qoynundakı körpəyə layla çalan ananın pıçıltısına da. Yohanssonun “İsveçcə caz”ı (“Jazz på svenska”) o layla-söhbəti müşayiət edir.

İndi bu iki caz ustasını niyə tale əkizi adlandırmağıma keçək.

Tale onları 1966-cı ildə Tallin şəhərində keçirilən caz festivalında bir araya gətirir. Bu, Stalin repressiyasından sonra yumşalma (“Ottopel”) dövrünü yaşayan Sovet İttifaqına xarici musiqiçilərin ayaq açmasına imkan yaranan vaxtlar idi.

26 yaşlı Vaqif Mustafazadə Tallin-66 caz festivalının laureatı adını qazanır. Yan Yohansson da öz triosu ilə uğurla iştirak edir. Məhz o tanışlıqdan sonra Yohansson Mustafazadə haqda bu sözləri deyir: “Onun musiqisi həm son dərəcə müasirdir, həm də nəsillər boyu şairlərin tərənnüm etdiyi əsrarəngiz Qafqaz melodiyalarının sehrini əks etdirir. Sanki Şəhrizadın 1002-ci gecədə danışdığı bir nağıl kimidir!”

Bu sözlər Mustafazadənin Bakıdakı ev-muzeyində divardan asılan lövhədə yazılıb.

Sonralar Mustafazadə dünyanın məşhur cazmenləri ilə yanaşı Yan Yohanssonla ünsiyyətin də onun yaradıcılığına böyük təsir göstərdiyini etiraf edir.

Onları tale əkizi edən ən başlıca cəhət əsərlərində klassik cazı xalq musiqisi və ənənəvi ritmlərlə birləşdirmək bacarığıdır.

Mustafazadə cazla muğamın sintezindən yeni üslub – caz-muğam yaratdı. O, bütün əsərlərində – həm kompozisiyalarda, həm də improvizasiyalarda Azərbaycan xalq musiqisindən, xüsusən də muğamdan bəhrələnib. “Bayatı-Şiraz” muğamından ilhamlanan eyniadlı kompozisiyası Azərbaycan cazının şah əsərlərindəndir.

Yohansson isə İsveç xalq musiqisini caz versiyalarında aranjiman etməklə tanınıb və Avropanın digər xalq mahnıları üzərində də improvizasiyalar edib. Onun 1964-cü ildə çıxan “Jazz på svenska” (“İsveçcə caz”) albomu İsveçin ən çox satılan caz albomudur. Albomda “Polska från Medelpad” və “Polska efter Höök Olle” kimi polyak xalq musiqisi ritmləri üzərində yazılan əsərlər də yer alıb. Daha sonra o, “Jazz på ryska” (“Rusca caz”, 1967) və “Jazz på ungerska” (“Macarca caz”, 1968) albomlarını da yazdırır.

1960-cı illər nəslinin bu iki virtuoz caz ustası bir müddət vətəndən kənarda yaşamalı olublar. Ömrün Kopenhagen illərində Yohansson iki albom yazdırıb. Mustafazadə isə Tiflisdə yaşadığı dövrdə “Qafqaz” caz-triosunu yaradıb.

Onlar şəxsi həyatlarındakı oxşarlıqlarla da tale əkiziydilər. Hər ikisinin həyat yoldaşının adı Elza idi. Hərəsinin iki övladı var, bu övladlar da indi məşhur musiqiçidirlər. Yohanssonun oğulları Anders və Yens rok musiqisi sahəsində tanınırlar. Mustafazadənin qızları isə pianoçudurlar: Lalə Parisdəki Grand Operada çalışır, Əzizə isə atası kimi ömrünü caza həsr edib, onu “Caziza” çağırır, caz ilahəsi adlandırırlar.

Tale əkizləri yaradıcılığın zirvəsində, gənc yaşlarında vəfat ediblər. Yan Yohansson 1968-ci ildə, 37 yaşında avtomobil qəzasında həlak olub. Vaqif Mustafazadə isə 1979-cu ildə, 39 yaşında Daşkənd səhnəsində, qızı Əzizəyə həsr etdiyi “Əzizəni gözləyərkən” kompozisiyasını ifa edərkən ürək tutmasından dünyasını dəyişib.
…Qısa ömürlərinə baxmayaraq onlar bütün əbədiyaşar klassik əsərlər kimi həmişə müasir qalacaq musiqilər yaradıblar.

Helsinqborq, İsveç

Fevral 2025

Gedin, o tərəfdə oynayın! - "Apatiya" filmi haqqında Bakıda tanınmış yazıçının meyiti tapıldı Özünü imam adlandıran filankəs... - Mehdi Xocalıda doğuldu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Fevral 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri