Icma.az
close
up
RU
525 ci qəzet Tale əkizləri Vahid Qazi yazır

525 ci qəzet Tale əkizləri Vahid Qazi yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Vahid QAZİ

Bu yazı həm azərbaycanca, həm də İsveç dilində dərc olunacaq. Qəsdim caz-muğamın banisi, bəstəkar, pianoçu Vaqif Mustafazadəni İsveç əhlinə, onun tale əkizi - isveçli cazmen, bəstəkar, aranjimançı Yan Yohanssonu bizim musiqisevərlərə tanıtmaqdır.

Niyə onları tale əkizləri saydığımı deməzdən əvvəl cazın bir sehrindən söz açmaq istəyirəm. Caz mənə küləyi xatırladır: bəzən həzin düşüncələrinlə birgə səni kəpənək qanadında xatirələrin isti qucağına aparan titrək meh olur, bəzən də xəzan yarpağını sonu bilinməyən ünvanlara uçuran fırtına. Caz çarəsizlikdə haraya gələn ümidin səsidir! Lui Armstronqun ifasında "Dallas Blues" bluz mahnısını dinləyin: qüssə içində sevinc boy verir...

...Fikrim Amerikanın pambıq tarlalarında bluz oxuyan qullara gedir. Görən, o mahnıları oxuyanda hansı hissləri keçirirdilər? Ağıllarına gələrdimi o kədərli bluzlar sonra caz musiqisinə çevrilib dünyaya yayılacaq, milyonların qəlbini fəth edəcək?

...Mustafazadənin musiqisini təsvir etməyimi istəsəniz, belə deyərdim: Yay səhəri üzü Xəzərə günəşin doğuşuna baxırsan, kürəyini ilıq gilavar oxşayır, bütün hüceyrələrinlə duyursan onu, bir də doğulursan sanki. Qəfil tanış səs gəlir, çoxdan Tanrı dərgahına köçmüş ananın məhrəm səsinə bənzəyir. Sevinib heyrətlə səsə çevrilirsən - gilavar indi də üzünə sığal çəkir. Ana nəvazişi kimi... Arxa planda Mustafazadənin "Səhər" kompozisiyası.

Yan Yohanssonun ifalarını yutubda tapıb dinləyin, məsələn, "Utanmiradan baxış" ("Visa fr?n Utanmyra") əsərini. Sonra bu mənzərəni təsəvvür edin: İsveçin yüz min gölündən biri - dörd yandan meşəylə dövrələnmiş göl. Əksi suya düşən yarpaqların ləpələrdə titrəyişinə tamaşa edirsən. Meşəylə gölün ünsiyyəti iki sevgilinin söhbətinə də oxşayır, qoynundakı körpəyə layla çalan ananın pıçıltısına da. Yohanssonun "İsveçcə caz"ı ("Jazz p? svenska") o layla-söhbəti müşayiət edir.

İndi bu iki caz ustasını niyə tale əkizi adlandırmağıma keçək.

Tale onları 1966-cı ildə Tallin şəhərində keçirilən caz festivalında bir araya gətirir. Bu, Stalin repressiyasından sonra yumşalma ("Ottopel") dövrünü yaşayan Sovet İttifaqına xarici musiqiçilərin ayaq açmasına imkan yaranan vaxtlar idi.

26 yaşlı Vaqif Mustafazadə Tallin-66 caz festivalının laureatı adını qazanır. Yan Yohansson da öz triosu ilə uğurla iştirak edir. Məhz o tanışlıqdan sonra Yohansson Mustafazadə haqda bu sözləri deyir: "Onun musiqisi həm son dərəcə müasirdir, həm də nəsillər boyu şairlərin tərənnüm etdiyi əsrarəngiz Qafqaz melodiyalarının sehrini əks etdirir. Sanki Şəhrizadın 1002-ci gecədə danışdığı bir nağıl kimidir!" Bu sözlər Mustafazadənin Bakıdakı ev-muzeyində divardan asılan lövhədə yazılıb. Sonralar Mustafazadə dünyanın məşhur cazmenləri ilə yanaşı, Yan Yohanssonla ünsiyyətin də onun yaradıcılığına böyük təsir göstərdiyini etiraf edir.

Onları tale əkizi edən ən başlıca cəhət əsərlərində klassik cazı xalq musiqisi və ənənəvi ritmlərlə birləşdirmək bacarığıdır.

Mustafazadə cazla muğamın sintezindən yeni üslub - caz-muğam yaratdı. O, bütün əsərlərində - həm kompozisiyalarda, həm də improvizasiyalarda Azərbaycan xalq musiqisindən, xüsusən də muğamdan bəhrələnib. "Bayatı-Şiraz" muğamından ilhamlanan eyniadlı kompozisiyası Azərbaycan cazının şah əsərlərindəndir.

Yohansson isə İsveç xalq musiqisini caz versiyalarında aranjiman etməklə tanınıb və Avropanın digər xalq mahnıları üzərində də improvizasiyalar edib. Onun 1964-cü ildə çıxan "Jazz p? svenska" ("İsveçcə caz") albomu İsveçin ən çox satılan caz albomudur. Albomda "Polska fr?n Medelpad" və "Polska efter Höök Olle" kimi polyak xalq musiqisi ritmləri üzərində yazılan əsərlər də yer alıb. Daha sonra o, "Jazz p? ryska" ("Rusca caz", 1967) və "Jazz p? ungerska" ("Macarca caz", 1968) albomlarını da yazdırır.

1960-cı illər nəslinin bu iki virtuoz caz ustası bir müddət vətəndən kənarda yaşamalı olublar. Ömrün Kopenhagen illərində Yohansson iki albom yazdırıb. Mustafazadə isə Tiflisdə yaşadığı dövrdə "Qafqaz" caz-triosunu yaradıb.

Onlar şəxsi həyatlarındakı oxşarlıqlarla da tale əkiziydilər. Hər ikisinin həyat yoldaşının adı Elza idi. Hərəsinin iki övladı var, bu övladlar da indi məşhur musiqiçidirlər. Yohanssonun oğulları Anders və Yens rok musiqisi sahəsində tanınırlar. Mustafazadənin qızları isə pianoçudurlar: Lalə Parisdəki Grand Operada çalışır, Əzizə isə atası kimi ömrünü caza həsr edib, onu "Caziza" çağırır, caz ilahəsi adlandırırlar.

Tale əkizləri yaradıcılığın zirvəsində, gənc yaşlarında vəfat ediblər. Yan Yohansson 1968-ci ildə, 37 yaşında avtomobil qəzasında həlak olub. Vaqif Mustafazadə isə 1979-cu ildə, 39 yaşında Daşkənd səhnəsində, qızı Əzizəyə həsr etdiyi "Əzizəni gözləyərkən" kompozisiyasını ifa edərkən ürək tutmasından dünyasını dəyişib.

...Qısa ömürlərinə baxmayaraq, onlar bütün əbədiyaşar klassik əsərlər kimi həmişə müasir qalacaq musiqilər yaradıblar.

Helsinqborq, İsveç

Fevral 2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Fevral 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri