Icma.az
close
up
RU
Məşhur filmin unudulmaz qəhrəmanı: Polat Alemdarın qızı Elif FOTOLAR

Məşhur filmin unudulmaz qəhrəmanı: Polat Alemdarın qızı Elif FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Kino dünyasına damğa vuran məşhur "Kurtlar Vadisi Pusu" serialı təkcə Türkiyədə deyil, Azərbaycanda da böyük izləyici kütləsinə sahib olmuşdu. Serialın təqdim etdiyi siyasi intriqalar, mafiya münasibətləri, dərin dövlət anlayışı tamaşaçılar üçün həm maraqlı, həm də düşündürücü idi.
“Kurtlar Vadisi Pusu”nın uğurunun əsas səbəblərindən biri də real həyatda baş verən siyasi və sosial hadisələrlə paralellər qurması idi.
"Kurtlar Vadisi Pusu" yaddaşımızda sadəcə bir televiziya serialı kimi yox, həm də müəyyən bir dövrün ruhunu əks etdirən fenomen kimi qaldı. Onun qəhrəmanları, mesajları və atmosferi illər keçsə də, tamaşaçının xatirəsindən silinməyib.
Modern.az-ın “Məşhur filmin unudulmaz qəhrəmanı” adlı rubrikasında maraqlı filmlərdən yadda qalmış qəhrəmanların kim olduğu barədə qısa məlumat verir, onların keçmiş və indiki görüntüsünü şəkillərlə təqdim edirik.

Bu yazımızda qısa olaraq "Kurtlar Vadisi Pusu"da baş qəhrəman Polat Alemdarın qızı Elif Alemdar obrazını canlandırmış aktrisadan bəhs edirik.
Polat Alemdarın qızı kimi yadda qalan və 5 mövsüm “Kurtlar Vadisi Pusu” serialında rol alan aktrisa Doğa Sakarya indi kinodan uzaq, idmanla iç-içə bir həyat yaşayır.
Doğa Sakarya kiçik yaşlarında başladığı aktrisalıq karyerasında Elif obrazı ilə sevildi, yadda qaldı.

Bu yaxınlarda onun 20 yaşı tamam olub.
Doğa Sakarya 28 mart 2005-ci ildə İstanbulda dünyaya gəlib. Təhsil həyatına İstanbulda başlayıb. Orta təhsilini davam etdirən Doğa Sakarya 2011-ci ildə "Öyle bir geçer zaman ki" serialında rol alaraq aktrisalıq karyerasına başlayıb. Daha sonra 2013-cü ildə "Müqəddəs gün" serialında rol alıb.
Amma ən böyük uğuru 5 sezon dalbadal rol aldığı “Kurtlar Vadisi Pusu” serialında “Elif Alemdar” rolu olub. O, 2011-2016-cı illər arasında bu serialda rol alıb.

Doğa Sakarya “Kurtlar Vadisi Pusu”dakı rolu ilə tamaşaçılara öz təbiiliyi və emosional oyun qabiliyyəti ilə tanıdıldı. Onun aktyorluq tərzi duyğuları tamaşaçıya ötürmək bacarığı ilə seçilirdi. Azyaşlı olmasına baxmayaraq, Elif obrazında nümayiş etdirdiyi səhnə improvizasiyası bir çox böyük yaşlı aktyorların belə çata bilmədiyi emosional təsir gücünü əks etdirirdi.
Serialın tənqidçiləri Doğa Sakaryanın perfomansını yaşına görə yüksək qiymətləndirir və gələcəkdə böyük layihələrdə baş rollarda yer ala biləcək istedadlı aktrisa kimi xarakterizə edirdilər. Tamaşaçılar isə onun səmimi baxışlarını, göz yaşları ilə dolu səhnələrdəki təbii oyununu uzun illər yadda saxladılar.
“Kurtlar Vadisi Pusu”dan sonra aktrisalıq karyerasında hələ ki növbəti partlayış etməyən Doğa Sakarya müxtəlif layihələrdə yer alıb.
O, hazırda oxatma idman növündəki çıxışı ilə də diqqət çəkir.
Doğa Sakarya sosial şəbəkələrdəki paylaşımları vasitəsilə izləyiciləri ilə ünsiyyət qurur.
Onun bugünkü görünüşü və dəyişimi də arabir medianın gündəmində olur. Lakin bir çoxları üçün o, hələ də "Polat Alemdarın qızı Elif" olaraq yadda qalır.


A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Aprel 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri