Icma.az
close
up
RU
Məşhur filmin unudulmaz qəhrəmanı “Ən vacib müsahibə”nin SƏİDƏSİ FOTOLAR

Məşhur filmin unudulmaz qəhrəmanı “Ən vacib müsahibə”nin SƏİDƏSİ FOTOLAR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elə filmlər var ki, izlədikdən sonra uzun müddət yaddaşlardan silinmir. Bu filmləri xatirələrdə yaşadan təbii ki, cəlbedici süjet xətti və aktyor oyunudur.

Modern.az saytı tamaşaçıların maraqla izlədiyi və yaddaşlarda iz salan filmlərlə bağlı rubrikanı davam etdirir.
“Məşhur filmin unudulmaz qəhrəmanı” adlı rubrikamızda maraqlı filmlərdən yadda qalmış qəhrəmanların kim olduğu barədə qısa məlumat verir, onların keçmiş və indiki görüntüsünü şəkillərlə təqdim edirik.
Mərhum Xalq yazıçısı Maqsud İbrahimbəyovun əsəri əsasında ekranlaşdırılan "Ən vacib müsahibə" filmi uzun illərdir geniş tamaşaçı auditoriyası tərəfindən sevilə-sevilə baxılır. Rejissor Eldar Quliyevin 1971-ci ildə ekaranlaşdırığı bu filmin baş qəhrəmanı Zaur radio jurnalistidir. O, süjet boyu  "Həyatın mənası nədədir və mən insanlar üçün nə edə bilmişəm?" sualının cavabını axtarır, lakin onu  tapmaqda çətinlik çəkir, həyatın mürəkkəb təzadları onu çaşdırır.

"Ən vacib müsahibə" filmindən bəhs etməyimiz təsadüfi deyil. Filmin baş qəhrəmanı – Zaur rolunu ifa etmiş Xalq artisti Hacı Murad Yegizarov bu günlərdə - sentyabrın 13-də vəfat etdi. O, Azərbaycanın xarizmatik teatr və kino aktyorlarından biri idi.
Filmin digər baş qəhrəmanı Səidə obrazı da yəqin ki, tamaşaçıların yaddaşına hopub. Bu obrazın ifaçısının azərbaycanlı aktrisa olmadığını çoxları bilir. Söhbət rusiyalı aktrisa Ariadna Şengelayadan gedir. Bəs onu "Ən vacib müsahibə" filminə necə dəvət etmişdilər, Ariadna Şengelaya indi sağdırmı?
Fikmin rejissor assistenti işləmiş Vaqif Əsədullayevin xatirələrindən: “Aktyorların seçimini Eldar Quliyev (quruluşçu rejissor), Yusif Səmədoğlu (filmin ideya müəllifi), Rasim Ocaqov (quruluşçu operator) və Maqsud İbrahimbəyov (ssenari müəllifi) edirdi. Seçim görkəmli sənətkar Adil İsgəndərovla (“Azərbaycanfilm” kinostudiyasının direktoru) razılaşdırılır, sonra isə Bədii Şuraya təqdim olunur və təsdiqlənirdi.
Filmin uğurunun 90 faizi aktyor heyətindən asılı olduğuna görə, onların seçiminə xüsusi diqqət yetirilirdi. Filmdə birinci rejissor assistenti kimi çalışdığım üçün Eldar Quliyev mənə Moskvaya gedib ssenarini gənc aktrisa (sonralar Gürcüstanın və Rusiyanın Xalq artisti) Ariadna Şengelayaya (Səidə rolu üçün) göstərməyimi tapşırdı. Onu məşhur sovet kinorejissoru Abram Rommun çəkdiyi “Nar bilərzik” filminə baxdıqdan sonra seçmişdik. Aktrisa həmin filmdə knyaginya Vera Şeina roluna çəkilmişdi. Şengelaya çox gözəl, istedadlı aktrisa, həm də nəzakətli və mədəni bir xanımdır. Əsasən təşkilati məsələlərə baxdığıma görə onun çəkiliş məsələləri ilə də məşğul olurdum. O, çəkilişə həmişə hazır gəlirdi, rejissor və operatorla da heç bir ziddiyyəti olmurdu. 
Ümumiyyətlə, Şengelayanın bu rol üçün seçilməsi filmin uğurlarından biri idi. Filmdə bir çox məşhur Azərbaycan aktyorları, o cümlədən Xalq artistləri Məmmədrza Şeyxzamanov, Rza Təhmasib, Firəngiz Şərifova, Kamal Xudaverdiyev və digərləri çəkilirdi. Ariadna Şengelayanın da filmdə iştirakı ekran əsəsrinin ideya məzmununu bir daha dolğunlaşdırdı, tamamladı”.

Qeyd edək ki, "Ən vacib müsahibə" filmində aktrisa Ariadna Şengelayanın oynadığı Səidə rolu Azərbaycanın Xalq artisti Əminə Yusifqızının səsi ilə danışır.
Ariadna Şengelaya vaxtilə sovet kino ulduzu kimi çox məşhur idi. Valideynlərinin ona verdikləri qeyri-adi qədim yunan adı Ariadna aristokratik gözəllik anlamı daşıyır. Ötən əsrin ortalarından filmlərdə rol alan A.Şengelayanın hər yeni rolu onun istedadının gözlənilməz cəhətlərini üzə çıxarırdı. Zərif aktrisanı sovet kinosunun bir sıra klassikləri öz filmlərində çəkilməyə dəvət edirdilər.
2000-ci ildən sonra Ariadna Şengelaya filmlərdə və seriallarda oynamağı dayandırdı. O, yüksək cəmiyyətdən olan aristokrat bir xanım kimi tamaşaçıların yaddaşında qaldı. İndi 88 yaşında olan Ariadna xanım nəvə-nəticələrinin əhatəsində yaşayır.
Ariadna Şengelaya 1937-ci ildə Daşkənddə Anna Pavlovna Lyubimova və Vsevolod Eduardoviç Şprintin ailəsində anadan olub. Onun valideynləri moskvalı idilər. Anası Anna Pavlovna Lyubimova rus idi. Atası Vsevolod Eduardoviç Şprint kisə alman əsilli idi. Onun əcdadları I Pyotrun dövründə Almaniyadan gəlmişdilər. 30-cu illərin ikinci yarısında Stalin repressiyaları zamanı Vsevolod Eduardoviç ailəsini Özbəkistana aparır. 1937-ci ildə Şprint həyat yoldaşı və körpə qızı ilə Sovet paytaxtına qayıdanda həbs olunur. Ariadnanın atasını “alman casusu” adlandırıraq Maqadandakı həbsxanaya sürgün edirlər və o, uzun illər bu düşərgədə cəza çəkir. Vsevolod Eduardoviç yalnız 50-ci illərin ortalarında bəraət ala bilir.

Atası azadlığa çıxandan sonra gələcək aktrisa Moskvada orta məktəbdə oxudu, sonra tələbə oldu. Daha sonra onun aktrisalıq fəaliyyəti başladı.
Gənc aktrisanın kino debütü Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxuyarkən olub. 1957-ci ildə Ariadna "Ekaterina Voronina"da İrina Lednevanı oynadı.
1958-ci ildə bəxt gənc aktrisanın üzünə güldü. Roman Tixomirov onu Puşkinin məşhur poeması əsasında çəkilmiş “Yevgeni Onegin” filmində Tatyana Larina roluna dəvət etdi. Bu ekran əsərindndə məşhurlaşan aktrisa  Moskva Film Festivalında birinci mükafata layiq görüldü. Daha sonra o, Kiyev Film Festivalına getdi və burada baş mükafatı qazandı.
1960-cı illərdən başlayaraq aktrisa "Gürcüstanfilm"də işləməyə başladı. Və yeni filmlərə çəkildi...
Onun rol repertuarına çoxlu əzəmətli gənc xanımlar daxil idi. Ariadnanın zərif, aristokrat gözəlliyi sovet kinorejissorlarını valeh edirdi. Şenqelaya bu cür rollarda fərqlənirdi. 1965-ci ildə “Sovet ekranı” jurnalının oxucuları ona “Ən yaxşı aktrisa” adına layiq gördülər. Ariadna həmin dövrdə populyarlığının zirvəsinə çatmışdı.
1970-ci illərin sonlarında Ariadna Vsevolodovna Gürcüstan SSR-nin xalq artisti oldu və bir ildən sonra Moskvada Qorki adına kinostudiyada iş tapdı. Sovet İttifaqının dağılmasından sonra Şengelaya nadir hallarda yeni filmlərdə çəkilirdi.
Yeni minilliyin əvvəlində Şengelaya Rusiya Federasiyasının xalq artisti adına layiq görüldü. 2002-ci ildə çəkildiyi filmdə son rolunu oynadı.
Ariadna Vsevolodovna uzun illər Teatr İnstitutunda səhnə nitqi və aktyorluq sənətindən dərs deyib.
Aktrisanın şəxsi həyatında ilk böyük dəyişikliklər ikinci kurs tələbəsi olarkən baş verib. Həmin vaxt o, rejissorluq təhsili alan tələbə, gürcü əsilli Eldar Şengelaya ilə ailə həyatı qurub.

1958-ci ildə onların ailəsində sonradan aktrisa olacaq ilk qızları Nato doğulub. 9 ildən sonra Katya adlı ikinci qızları dünyaya gəlib. Həmin vaxtlar Ariadna Şenqelaya əri və uşaqları ilə Gürcüstan paytaxtında yaşayırdı.
Aktrisanın əri çılğın xasiyyəti ilə tanınırdı. O, patriarxal dindar idi. Ariadna ənənəvi gürcü ailələrinə xas olan qaydalara əməl edirdi. O, Eldarla iyirmi ildən çox bir yerdə yaşadı, lakin sonra onların evliliyi bitdi. O vaxt aktrisanın qızları artıq yetkin olmuşdular və valideynlərinin boşanmasına qarşı çıxmışdılar.
Boşandıqdan sonra Ariadna Vsevolodovna böyük qızı ilə Moskvaya köçmüşdü və Eldarın yanında qalan kiçik qızını görmək üçün mütəmadi olaraq Gürcüstana gedirdi. Eldar Şengelaya 1992-ci ildə vəfat edib.

Ariadnanın şəxsi həyatı həmkarı İqor Kopçenko ilə tanış olduqdan sonra dəyişib. Ariadna Vsevolodovnanın bəzi həmkarları iddia edirlər ki, o, İqor Kopçenko ilə ilk dəfə Tbilisidə tanış olub, burada onların romantikası başlayıb. Ariadna Şengelayanın ikinci əri qiraətçi kimi solo konsertlər verir, xarici filmlərin dublyajı üzərində işləyir, Kultura və NTV kanalları üçün səs yazıları oxuyurdu.
İqor Kopçenkonu tanıyanlar onu çox xeyirxah insan kimi xatırlayırlar. O, aktrisanın əvvəlki ərindən olan qızları ilə dostluq edib. Ariadna Şengelayanın 56 yaşlı ikinci əri İqor Kopçenko 2003-cü ildə dünyasını dəyişib. İnfarkt keçirməsi rus kino ulduzunun həyat yoldaşının qəfil ölümünə səbəb olub.
Aktrisa ikinci əri dünyasını dəyişəndən sonra özünü bütünlüklə qızları və nəvələrinə həsr edib. Ariadna Vsevolodovna əvvəlcə nəvələrinə qulluq edirdi, indi isə nəvələri ilə vaxt keçirir.

Onun qızlarının hərəsinin iki övladı dünyaya gəlib. Ariadna Şengelayanın artıq nəticələri də var. 
Aktrisa 80 illik yubileyini Gürcüstanın paytaxtında qeyd edib. Yubileydən sonra sovet kino ulduzu Tbilisidə qızlarının yanına köçmək qərarına gəlib. 2020-ci ildə 83 yaşını qeyd etmək üçün Ariadna Vsevolodovna Tbilisi Rus Dram Teatrının səhnəsində keçirilən yaradıcılıq gecəsi ilə pərəstişkarlarını sevindirib.
88 yaşlı aktrisa hazırda Tbilisidə yaşayır.
Ə.Qafarlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Sentyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see197

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see151

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see144

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri