Icma.az
close
up
RU
Məşhur həkimlə bağlı iddia: “Övladıma səhv diaqnoz qoydu”

Məşhur həkimlə bağlı iddia: “Övladıma səhv diaqnoz qoydu”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“2024-cü il noyabrın 5-də Leyla Medikal Klinikasında radioloq Samir Məmişovun yanında müayinədə olduq. Həkim bildirdi ki, övladım qüsurludur. Yəni onun anadangəlmə uşaqlığı yoxdur, bədəndə tam inkişaf getməyib. Eyni zamanda böyrəklərində və bağırsaqlarında problemin olduğunu və sidik kisəsinin altında törəmələrin olduğunu bildirdilər. Uzun sözün qısası uşağın bütün orqanlarının sıradan çıxdığını və pis vəziyyətdə olduğunu dedilər”.

Bunu “Yeni Sabah”a Leyla Medikal Klinikasında övladına qoyulan səhv diaqnozla bağlı danışan Nurlana Hüseynova deyib.

O, övladı Aylin Rüstəmovanın xəstəxanada başına gələnlərdən danışıb:

“Müayinədən sonra evə gəldim və həkimlə yenidən əlaqə saxladım ki, uşağı yenidən müayinə edək. Həkim də mənimlə çox kobud şəkildə danışaraq bildirdi ki, uşaq qüsurludur. Hər şey açıq-aydın görünür. Yenə də inana bilmədim. Səhəri günü uşağı götürüb Türkiyəyə apardım. Orada adi 4D ultrasəs müayinəsindən keçdik və məlum oldu ki, uşağın hər bir orqanı sağlam vəziyyətdədir. Bu diqanozu kim və nə üçün qoyub? Samir Məmişovun verdiyi diski də həkim orada yoxladı və bildirdi ki, bu diskdə heç bir problem yoxdur, uşağın bütün orqanları yerindədir. Yenidən Bakıya qayıtdıq və gələndən sonra həkimlə əlaqə saxladım. Bu dəfə mənə daha kobud şəkildə cavab verərək bildirdi ki, siz niyə qəbul etmirsiniz? Mən niyə sizin eşitmək istədiyiniz sözləri deməliyəm.

Bildirdim ki, sizi məhkəməyə verəcəm. O isə mənə dedi ki, gedin nə istəyirsiniz edin. Məhkəməyə də verdim, ekspertizadan da keçdik”.

Şikayətçi bildirib ki, məhkəmədə qarşı tərəfdən xərclədikləri 1888 manatı və 5 min manat təzminat tələb etsələr də, iddiaları əsassız qalıb:

“Bacım Türkiyədə yaşayır. Yenidən onlarla əlaqə saxladım. Düşündüm ki, sarsıntı keçirməyim deyə bəlkə mənə yalan danışıblar. Çünki mənim birinci övladım rəhmətə gedib. Ola bilsin ki, yenidən o şeyləri yaşamayım deyə nələrisə gizlədiblər. Həkim də bildirdi ki, hər şey yerindədir. Yenidən burada “Vita Med” klinikasında yoxlanışa getdim. Oradakı həkim də bildirdi ki, hər şey qaydasındadır. Ekspertizada da məlum oldu ki, uşağın heç bir problemi yoxdur.

Həkimin vəkili də hər dəfə məhkəmədə bildirirdi ki, Samir Məmişov iddiaları qəbul etmir. Bildirir ki, onun qoyduğu diaqnoz düzdür. Bizim həkimdə xərclədiyimiz çeklər məhkəməyə təqdim olunmuşdu. 1888 manat pul idi. Üstəgəl də 5 min manatlıq maddi mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia qaldırmışdıq. Lakin qərar çıxdı ki, 1663 manat vəsait xərclənib. Maddi mənəvi dəyərlərə zərərlə bağlı isə heç bir sübut yoxdur. Verilən qərardan narazıyam. Yenidən Apelyasiya məhkəməsinə müraciət edəcəm”.

N.Hüseynova uşaqda hər şeyin qaydasında olduğunu və adi bir soyuqlamaya görə qoyulan diaqnozlarla bağlı yenidən məhkəməyə mürciət edəcəyini deyib:

“Hətta qarşı tərəf aparatlarında problem olduğunu iddia etdi, lakin onların verdiyi diskdə də görünür ki, hər şey qaydasındadır. Diski ekspertizaya göndərdik. Proses 3 ay davam etdi və məlum oldu ki, diskdə heç bir problem yoxdur. Sonuncu məhkəmə martın 10-da oldu və bizim əlehimizə qərar çıxarıldı. Uşaqda hər şey qaydasındadır”.

Səsləndirilən iddialarla bağlı Samir Məmişov “Yeni Sabah”a bildirib ki, şikayətçi Nurlana Hüseynovanın iddialarını qəbul etmir:

“Xanımın gedib Türkiyədə etdirdiyi müayinələrin heç biri Maqnit Rezonans Tomoqrafiya (MRT), nə də Komputer Tomoqrafiya (KT) deyil. Onun etdirdikləri sadə uzi müayinələridir. Mən uzi həkimi ilə də əlaqə saxladım və bildirdim ki, sən necə MRT-də görünməyən bir şeyin var olduğunu yazmısan?.

Azərbaycanda yenidən UZİ-yə saldığı həkimlə də əlaqə saxlasanız görərsiniz ki, o, özü də bu məsələdə tərəddüdlüdür. Həmin həkim də deyir ki, ailə ona təzyiq edərək bildirib ki, uşağın bütün orqanları yerindədir. Ona görə də götürüb yazıb ki, hər şey qaydasındadır. Yəni xanım üstün müayinə üsulundan sonra gedib aşağı müayinə üsullarına müraciət edib. Bu nə qədər doğru qərardır? Uzi müayinəsi subyektiv bir şeydir. Amma MRT müayinəsi obyektiv bir şeydir”.

Həkim-radioloq qeyd edib ki, bu, həkim olaraq onların qarşılaşdığı ilk haldır:

“Mən xanıma da bildirdim ki, siz bizdə çəkilən diski istənilən radioloqa oxudun. Əgər həmin radioloq bildirsə ki, o uşağın orqanları yerindədir, gəlin mən sizdən üzr də istəyəcəm, təzminatınızı da ödəyəcəm. Xanım deyir ki, siz bunu səhv çəkmisiniz. Bu necə ola bilər? Olan və ya olmayan orqanı necə dəyişdirib çəkə bilərəm? Bu, mümkünsüz bir şeydir. Bütün iddialar da əsassız və gülüncdür. Əlində diski var, istənilən yerdə yoxlada bilər. Həmin xanıma bildirin ki, bizim çəkdiyimiz diskə başqa həkimlərin bildirdikləri rəyləri paylaşsın. Biz xaricə təhsil almışıq. O xanıma qədər xeyli iş stajımız var. Bu bizim qarşılaşdığımız birinci haldır. Həmin xanım isə faktiki sübutları qəbul etmir, etmək də istəmir”.  

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Aprel 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri